Super User

Super User

Qaxda “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib. 2 saylı məktəb liseydə rayon polis şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də təhsil ictimaiyyəti iştirak edib.

Çıxış edənlər narkotik vasitələrin səbəb olduğu fəsadlar və onun acı nəticələri barədə məlumat verib, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizənin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıblar. Diskussiya şəklində davam edən görüşdə “ağ ölüm”ə qarşı mübarizədə ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyi diqqətə çatdırılıb.

Sonda şagirdlərə narkomaniyanın acı nəticələrinnən bəhs edən film nümayiş olunub.

Şamaxıda Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 70 illik yubileyinə, həyat və yaradıcılığına həsr edilən şeir və mahnı müsabiqəsinin yekun mərhələsi keçirilib. Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşəbbüsü, Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin təşkilatçılığı ilə elan edilmiş müsabiqənin yekun tədbirində şair Baba Vəziroğlu, eləcə də təhsil ictimaiyyəti iştirak edib. Şairin həyat və yaradıcılığından bəhs edilib.Vurğulanıb ki, Baba Vəziroğlunun poeziyasında Vətənə, xalqa, torpağa bağlılıq, sevgi üstünlük təşkil edir. Müsabiqəyə 7-11-ci sinif şagirdləri qatılıb. Birinci mərhələdə İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonları üzrə Uşaq-Gənclər İnkişaf Mərkəzlərində yaradılan müvafiq komissiya tərəfindən şagirdlərin bilikləri qiymətləndirilib. Hər rayon üzrə seçilən 3 şagird final mərhələsində iştirak hüququ qazanıb. Finalda isə 4 nəfər I, 4 nəfər II, daha 4 nəfər isə III yerə layiq görülüb. Qalib şagirdlər, eləcə də müsabiqədə fəallıq göstərənlər mükafatlandırılıb. Tədbirin sonunda Şamaxı rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ifasında Baba Vəziroğlunun şeir və mahnıları səsləndirilib.

Oğuzun Xaçmazqışlaq kəndində maraqlı bir layihə həyata keçirilib. Kəndin küçələrində Azərbaycanın dahi şəxsiyyətlərinə aid kiçik, məlumatlandırıcı lövhələr yerləşdirilib. Bunların arasında Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimov və Mübariz İbrahimov, həmçinin Nizami Gəncəvi, Molla P\nah Vaqif, Səməd Vurğun, Qara Qarayev və digər şəxsiyyətlərə rast gəlmək olar. Layihənin təşəbbüskarı isə kəndin ağsaqqal sakini Əbülfət Əsgərovdur.

Lövhələr təsadüfi şəkildə yerləşdirilməyib. Onların hər biri öz adlarını daşıyan məhəllələrin girişində quraşdırılıb. Beləliklə kəndə gələnlər də rahatlıqla hansı məhəllənin harda yerləşdiyini öyrənə bilirlər.

Lövhələrin quraşdırılmasının məqsədi isə həm marifləndirmək, həm də vətənpərvərlik hisslərini aşılamaqdır. Elə sakinlər də bu təşəbbüsü alqışla qarşılayıblar.

Qeyd edək ki, Xaçmazqışlaq kəndinin abadlaşmasında sakinlər daim təşəbbüs göstərirlər. Bundan əvvəl isə kəndin girəcəyində şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılıb. Kənddə ailə quran gənclərin bu məkana baş çəkib, bulaqdan su içmələri artıq ənənəyə çevrilib.

141 -dən səhifə 472

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S