Super User
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada öldü
Şəki RMX-da yeniyetmənin ölümü faktı qeydə alınıb. Belə ki, axşam saatlarında təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılan 13 yaşlı Tunar Məmmədov göstərilən müdaxilələrə baxmayaraq daxili qanaxma səbəbindən dünyasını dəyişib.
Yeniyetmənin valideyinləri bildirib ki, Tunarın son 3 gün ərzində temperaturu yüksək olub. Bu səbəbdən ailə bir neçə dəfə xəstəxanaya müraciət edib.
Şəki RMX-dan bildirilib ki, Tunar Məmmədov xəstəxanaya daxil olarkən vəziyyəti çox ağır olub. Faktla bağlı araşdırma aparılır.
Qaxda minik avtomobili ağaca çırpılıb...
Qaxda avtomobil ağaca çırpılıb. Hadisə Şəki-Qax avtomobil yolunda baş verib. Hərəkətdə olan “Azsamand” markalı minik avtomobili arxa şinin partlaması səbəbindən idarəetməni itirib. Daha sonra avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan iki qardaş - rayonun Qaysarlı kənd sakinləri 44 yaşlı Zahid Kərimov və 41 yaşlı Natiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Şəhid əmisinin qisasını aldı, özü də şəhid oldu...
Necə də səbirsizlənirdi səngərlərə, Vətən eşqiylə tutuşub yanırdı. Məktəbi bitirər-bitirməz ailəsinin ali təhsil almaq təklifini rədd edib hərbi xidmətə yollandı, çünki vədi vardı, söz vermişdi, amma özlüyündə bilirdi şəhid olacağını, ürəyinə dammışdı sanki. Anasına: “Mən şəhid olacam, şəklimi böyütdürüb yolumuza vurarsız”, demişdi. Belə də oldu, sən demə Fərid düz deyirmiş...
Fərid Alıyev 2005-ci ilin 12 martında dünyaya göz açıb. Orta təhsilini Şamaxı şəhər 10 saylı orta məktəbdə bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidməti dövründə alicənablığı və zəhmətkeşliyi ilə elə seçilirdi ki, komandirləri belə onunla xidmətə çıxmaqdan zövq aldıqlarını deyirlər. Xüsusən, ötən il ordumuz tərəfindən keçirilən lokal anti-terror əməliyyatları zamanı Fərid saysız-hesabsız şücaətlər göstərib.
Terroristlərin canlı qüvvəsi və texnikasının məhv edilməsində əvəzsiz xidmətlər göstərib. Onunla bacara bilmədiklərini görən terrorçular Fəridin adını xüsusi axtarışa verib, bu minvalla Şuşa ərazisində snayper gülləsinə tuş gələrək ağır yaralanıb və şəhadətə ucalıb. Fəridin əkiz qardaşı var, adı da Amindir, Amin Alıyev. O da hal-hazırda hərbi xidmətdədir, qorxmadan, çəkinmədən, eynilə əmisi və qardaşı kimi qəhrəmancasına xidmət edir.
Qeyd etdiyimiz kimi, yaşasa idi, martın 12-si 19 yaşını qeyd edəcəkdi. Onun doğum günü qəbiristanlıqda məzarı önündə qeyd olunub.Bu münasibətlə Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdəşları, qazilər və şəhidin yaxınları o cümlədən ictimaiyyət nümayəndələri və rayon sakinləri şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Çıxışçılar şəhid Fəridin şərəfli ömür yolundan,vətənpərvərliyindən, onun vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışılıb. Qeyd edək ki, Fərid Alıyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub. Ruhun şad, məkanın cənnət, doğum günün mübarək olsun, şəhidim!
Şamaxıda yaşayış binasında antisanitar vəziyyət...
Səhər dəmi 19.03.2024
Yaxşı deyək, yaxşı eşidək 18.03.2024
Novruzun gəlişi Şamaxıda yüksək əhvali-ruhiyyə ilə qarşılanır...
Xalqımızın əziz bayramı Novruzun gəlişi Şamaxıda yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Bayram münasibətilə Şamaxı şəhəri Novruz atributları ilə bəzədilib, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş şənlik keçirilib. Tədbirdə rayon rəsmiləri, sakinlər və rayona gələn qonaqlar iştirak ediblər. Təbiətin oyanışını bildirən səməni və digər Novruz atributları ilə bəzədilən parkda tədbir iştirakçılarına xalqımıza məxsus qədim məişət əşyaları və sənət nümunələri, eləcə də şagirdlərin əl işlərindən ibarət sərgilər nümayiş olunub. Bayram tədbirində iştirakçılara müxtəlif çeşidli milli yemək növləri və şirniyyatlar təqdim edilib. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətlərini bir daha yada salıblar. Kəndirbazların və pəhləvanların çıxışları, rayon idmançılarının nümayiş etdirdikləri nümunəvi idman hərəkətləri də izləyicilər tərəfindən maraqla qarşılanıb. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğurub. Ənənəyə uyğun olaraq bayram tonqalı qalanıb. Daha sonra xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.
Hikmət baba futbol klubuna yardım edib...
Vətən müharibəsi zamanı vaxtı pensiyasından orduya 180 manat ianə etməsi ilə məşhurlaşan Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayev yenidən xeyirxah əməli ilə gündəmə gəlib. Pensiyaçı bu dəfə Şəkinin “Sheki City” futbol klubunun başlatdığı yardım kampaniyasına qoşulub. O, pensiyasından 200 manat vəsaiti kluba bağışlayıb.
Şəbnəm Tovuzlu və Revan Qarayev ""5 gün" Mikayıl ilə"də 18.03.2024
"Alovla Savaşanlar" filminin təqdimatı baş tutdu
Şəkidə “Urfansoy film”in hazırladığı “Alovla savaşanlar” qısametrajlı filminin təqdimatı baş tutub. Təqdimatda şəhid ailələri, qazilər, filmin yaradıcı heyəti və şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər yanğınsöndürənlərin şücaətindən bəhs edən filmdən danışıblar. Bildirilib ki, mobil film festivalında iştirak üçün çəkilən film kifayət qədər uğurlu alınıb. Nəticədə festivalda sənədli filmlər nominasiyasında birinci yerə laiq görülüb. Filmdə yanğınsöndürənlərin işinin əhəmiyyəti vurğulanır, alovla savaşın ön cəbhəsindəki qəhrəmanların fəaliyyətinə işıq tutulur. Sonra filmə ictimai baxışı olub. Sonda filmin yaradıcı heyyətinə festivalda qazandıqları diplomlar, həmçinin Şəki rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim olunub.