Super User
Yaxşı deyək, yaxşı eşidək 23.05.2024
Cəmil Əfəndi: Hamı bizi Bahar xanımla sevgili bilirdi | Xəbərin var? 23.05.2024
Eşitməyən qalmasın 23.05.2024
“Yaradıcı Müzakirələr” layihəsi Şəkidə
Şəkidə “Yaradıcı müzakirələr” adlı layihə həyata keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunub.
Sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzular üzrə olub. Layihə Şəki ilə yanaşı, ümumilikdə ölkə üzrə 10 bölgədə keçirilir.
Atmosferi çirkləndirənlərə qarşı tədbirlər...
Qobustan atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısını almaq məqsədilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin intensiv olduğu yerlərdə nəzarət-profilaktik tədbirlər keçirilib. Saxlanılan nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb.
Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Yol polisi və ETSN-in əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində isə inzibati qaydada tədbir görülüb. "Təmiz hava" aylığı iyun ayının 15-dək davam edəcək.
Sima Nəsirova və Dana Durdana "Xəbərin var?"da 22.05.2024
Səhər dəmi 23.05.2024
Yaxşı deyək, yaxşı eşidək 22.05.2024
Gülnar Qüdrətli, Gülnar Zeynalova, Cahangir Əliyev və Rəşad Altunsəs ""5 gün" Mikayıl ilə"də
Kəndlərdə tibbi xidmət problemi...
Şəkinin rayon mərkəzindən 45 kilometr uzaqda yerləşən Çayqaraqoyunlu və ətraf kəndilərinin sakinləri ilkin səhiyyə xidmətinin təşkilindən, xüsusi ilə də müəyyən saat çərçivəsində işləməsindən narazıdırlar.
Sakinlər bildirir ki, onsuz da bərbad olan kənd tibb məntəqəsində günorta saatlarından sonra heç bir xidmət göstərilmir. Bu isə mütamadi olaraq tibbi yardım almağa möhtac olan xəstələrin yaxşı olmayan vəziyyətini bir az da çətinləşdirib.
Məsafə uzaq olduğundan xəstələri mərkəzi xəstəxanaya aparıb gətirmək də sakinlərə iki qat baha başa gəlir. Sakinlər kiminsə halı pisləşəndə təcili tibbi yardıma müraciət etməli olurlar ki, onların da rayon mərkəzindən uzaqda yerləşən kəndə gəlməsi kifayət qədər vaxt alır. Yaxın aylarda atasını itirən Əli Mahmudov xəstə üçün zamanın nə dərəcədə qiymətli olmasının nəzərə alınmamasından gileylənir.
Haqqında danışılan tibb məntəqəsinə də baş çəkdik. Saat 3-ü keçdiyindən məntəqədə tibb işçiləri yox idi. Ancaq iş saatında belə, adı olan özü olmayan tibb müəssisəsində hər hansı tibbi yardımdan söhbət gedə bilməz. 2 minə yaxın sakini olan kənddə fəaliyyət göstərən tibb məntəqəsinin özünün qayğıya ehtiyac var. Tibb məntəqəsində dərmanların saxlanması üçün nəzərdə tutulan soyuducu belə, tamamilə boşdur. Məsələ ilə bağlı TƏBİB-dən isə bildirildi ki, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə yeni layihəyə start verilib. Layihənin icrası ən ucqar nöqtələrdə belə vətəndaşların fasiləsiz tibbi xidmət almasına imkan yaradacaq. Qeyd edək ki, layihə çərçivəsində sorğuda adıçəkilən Şəki rayonu Çayqaraqoyunlu kənd məntəqəsinin kadr potensialının artırılması, təmiri və rekonstruksiya işlərinin həyata keçirilməsi də nəzərdə tutulub. Beləliklə, ümid edirik layihə tezliklə yekunlaşar və rəsmilərin verdikləri vəd həyata keçənə qədər heç bir insan faciəsi yaşanmaz.