Super User

Super User

Cümə, 25 Mart 2022 18:22

Avtovağzalda sıxlıq yaşanır...

Bayram günləri ilə əlaqədar Şəki avtovağzalı gücləndirilmiş iş rejiminə keçib. Digər günlərlə müqayisədə tətilin son günündə avtovağzalda xeyli sıxlıq müşahidə ediləcəyi pranozlaşdırıldığından artıq müəyyən istiqamətlərdə xəttlərə əlavə avtobuslar buraxılıb. Pandemiya ilə əlaqədar olaraq qabaqlayıcı tədbirlərin görülməsi də davam etdirilir. Uzun zamandır bu yolları avtobusla gedib-gələnlər də artıq tətillərdə yaranan sıxlıqdan xəbərdardır. Buna görə də əksər sərnişinlər bileti əvvəlcədən alıblar. Bu gün səhər gəldim aldım biletimi indi də rahatçılıqla yola düşürəm.  Tələbəyəm Bakıda oxuyuram. Şəkiyə bayram üçün gəlmişəm. Evdəkiləri görməyə. Bileti dünən aldım. Sıxlıq olacağı üçün qabaqcadan almağa çalışdım. Çünki Bakıdan gələndə çox sıxlıq oldu. Ona görə də daha tez almağa çalışdım.  Bileti sragün aldım. Ehtiyatlı olmaq üçün sabah gəlib ayaq üstə qalmamaq üçün çətinlik çəkməmək üçün Bayram günlərində öncədən almalısan yoxsa bilet tapmaq olmur. Qiymət dəyişiklik varıydımı? Yox eyni qiymətdir.  Dünəndən almışam qiymətləri də öz qaydasında. Ama bu istismar vaxtı bitən avtobusları dəyişsəydilər yaxşı olardı. Təzələri də var ancaq istimar vaxtı bitənləri də var.

Bu gün axşam saatlarında Şəki Qax yolunun Şəkinin Aşağı Göynük kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Vaz 2107 markalı avtomobil Vaz 2108 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində Vaz 2108-də olan sürücü 34 yaşlı Ruzigar Məmmədov və sərnişinlər 27 yaşlı Elşən Mürsəlzadə, 29 yaşlı Ülvi İslamlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki rayon Mərkəzi xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır. 

Qışın mülayim keçməsi, ardınca yazın ilk günlərində yağan qar arıçılıq təsərrüfatlarına mənfi təsir edə bilər. Təsərrüfatlarını sağlam və itkisiz yaza çıxarmağa çalışan arıçılar artıq önləyici tədbilər görməyə başlayıb. Arı ailələrini itkidən qorumaq üçün əsas şərt yem bazasına və istiliyə nəzarət etməkdir. Bunun üçün kökə adlanandırılan, içərisinə bal oyulan paketləri pətəklərə qoymaq lazımdır. Bu bal arılar üçün qida olmaqla yanaşı, həm də müalicəvi xarakter daşıyır. Yağıntılı hava şəraiti nəmişlikdən əmələ gələ biləcək bir sıra xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılmasını da zəruri edir. Arıçıların əsas narahatçılığı ondan ibarətdir ki, şaxtalı hava şəraiti davam edərsə məhsuldarlığa xeyli təsir edəcək. Balın az olması isə qiymətinin artması ilə nəticələnəcək.

Balakəndə Təhsil Nazirliyinin dəstəyi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş "Məktəblilərin düşərgəsi" layihəsi start götürüb. Layihə çərçivəsində təşkil edilən düşərgədə rayonun müxtlif məktəblərindən müsabiqələr vasitəsi ilə xüsusi seçilən şagirdlər iştirak edir. Belə ki, 100-dən çox şagirdin iştirak etdiyi seçim turundan 30 şagird müsabiqənin hər iki turundan keçərək düşərgədə iştirak etmək hüququ qazanıb. 4 gecə 5 gün davam edəcək düşərgə çərçivəsində günün fəaliyyət planına uyğun olaraq təlimlər, seminarlar, oyunlar və digər tədbirlər nəzərə tutulub. Layihənin əsas məqsədi pandemiyadan sonra şagirdlərin psixoloji durumlarını yaxşılaşdırmaq, asudə vaxtlarını səmərəli keçirmək, düzgün peşə seçimlərinə yönləndirmək, təhsilə olan marağı artıqmaqdır. 

Cümə axşamı, 24 Mart 2022 20:09

Novruz bayramı təntənə ilə qeyd edilib...

Şəkidə Novruz Bayramı şənlikləri davam edir. XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın həyətində bayram tonqalı alovlandırılıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş edib, pəhləvanlar öz məharətlərini göstəriblər. Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin folklor və rəqs kollektivləri, zurnaçalanlar ansamblı maraqlı konsert proqramı ilə çıxış ediblər. Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilər nümayiş olunub. Milli geyimli oğlan və qızlar əllərində Novruz xonçaları şənlik iştirakçılarına bayram şirniyyatı paylayıblar. Qoruq ərazisində bayram yarmarkası həftənin sonunadək davam edəcək... 

Cümə axşamı, 24 Mart 2022 19:56

Şəkidə internet niyə zəifdir ?

Şəkidə internetin keyfiyyəti baxımından vəziyyət heç də ürəkaçan deyil. Turizm şəhəri olsa da, Şəki bu sahədə müasir dövrün tələblərinə cavab verməkdə çətinlik çəkir.  Elə rayona gələn turistlər də bu problemlə üzləşdiklərini deyirlər. Rayonda əsasən köhnə texnologiya - ev telefonu ilə çəkilən internetdən istifadə olunur. Elə bunu nəticəsidir ki, internetin keyfiyyət göstəricisi və sürəti tələblərə cavab vermir. Pandemiya dövründə distant təhsilə keçid, internetə olan tələbatı daha da artırdı. Ancaq əksər evlərdə telefon xəttinin olmaması, nəticədə internetin də yoxluğu və ya tamamilə aşağı sürətli internetin olması şagird və müəllimlər üçün əsl kabusa çevrildi. Hazırda şəhərdə optik internet çəkilir. Ancaq  sadəcə bir şirkət tərəfindən edildiyi üçün bu, istifadəçilərə geniş seçim imkanı da vermir. Regionda rəqabətli mühit və vətəndaşın seçim imkanı olmadığı üçün bu internetin inkişafının da qarşısını alır. Ekspertlər hazırda bölgələrdə istifadə olunan ADSL texnalogiyasının artıq öz dövrünü başa vurduğunu deyir. Məsələnin həllini isə özəl provayderlərə bölgələrdə şərait yaradılmasında görürlər. Staistik göstəriciıər onu deməyə əsas verir ki, internetdən istifadə dinamikası son dövrlərdə durmadan artır. Ancaq bu o demek deyil ki, keyfiyyət də buna paralel olaraq gedir. Nəzərə alsaq ki, artıq həyatımızdakı işlərin əksəriyyəti internet üzərindən həyata keçirilir, hələ də internetin bu qədər çətin əldə edilməsi sual doğurur.

647 -dən səhifə 671

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S