Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Qax şəhərində mini futbol üzrə rayon turnirinə start verilib. YAP Qax rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları, bələdiyyələri təmsil edən 15 komanda mübarizə aparır.Mərasimdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət yetirdiyini bildirib, hazırda ölkəmizdə bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar. Diqqətə çatdırılıb ki, turnirin keçirilməsində məqsəd Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan marağını artırmaqdır. Turnirə mayın 8-də yekun vurulacaq.