Super User

Super User

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb edilib. Keçirilən ilk əməliyyat-axtarış tədbiri nəticəsində Tülü kənd sakini Dinar Seyidov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırma zamanı rayon bazarında qəssablıq fəaliyyəti ilə məşğul olan Dinar Seyidovun narkotik vasitəni Əli adlı müştərisindən 50 manata aldığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin şəxsin Talalar kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Əli Əhmədov olduğu olduğu müəyyən edilib və o, saxlanılaraq şöbəyə gətirilib. Şəxsi axtarış zamanı Əli Əhmədovdan marixuana aşkarlanıb. Onun kənddə yaşadığı ünvana baxış keçirilərkən isə evin zirzəmisindəki mürəbbə bankalarının arasında 5 şüşə qaba yığaraq gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin hissələri aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb. Araşdırma zamanı həmin şəxsin rayonun Göytəpə kənd sakini Namiz Mirzəliyev olduğu müəyyən edilib. Ondan bir ədəd “TOZ” markalı ov tüfəngi , həmin silaha məxsus patronlar və ovladığı 5 ədəd çöl quşu aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyat keçirib. Şəhər sakini Vüsal Abdurəhimov saxlanılaraq şöbəyə gətirilib. Üzərinə keçirilən baxış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə Vüsal Abdurəhimova narkotik vasitəni satan şəxsin Əfqan Bəkirov olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Əfqan Bəkirovun üzərindən narkotik vasitənin satışından əldə etdiyi pul və 7 qram marixuana aşkarlanıb. Həmçinin, Şəki-Oğuz avtomobil yolunun kənarında gizlətdiyi 485 qram qurudulmuş marixuana da maddi sübut kimi götürülüb. Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Cümə, 21 Yanvar 2022 19:07

Magistrallarda son vəziyyət

Dünən səhər saatlarından Şamaxıya yağan güclü qar gecə saatlarına qədər davam edib. Avtomobillərin hərəkətini təmin etmək məqsədiylə yol idarəsinin canlı qüvvəsi və texnikasi yollarda fasiləsiz xidmət aparib. Əməkdaşımız Cavansir Seyfəddinoğlu da gecə saatlarında magistrallardakı vəziyyəti müşahidə edib. Qış aylarında sürücülərin ən çox çətinlik yaşadığı Bakı-Şamaxı-Yevlax və Şamaxı- Muğanlı -İsmayıllı magistrallarında hərəkət bərpa olunub. Lakin tamamilə qardan təmizlənsə də çovğunlu və şaxtalı hava yolların yenidən buz bağlanmasına səbəb olur. Xüsusilə də gecə saatlarında şaxtalı hava səbəbindən bu yollar nəzarətdə saxlanılıb. Yol idarəsinin əməkdaşları hərəkəti təmin etmək məqsədiylə gücləndirilmiş iş rejiminə keçib. Təhlükəli hesab edilən ərazilərə qum-duz qarışığı səpilib. Şaxtalı hava sürücləri nə qədər çətinə salsa da xizəklə sürüşmək üçün gecəni gözləyənləri sevindirib. Hazırda Şamaxı-İsmayıllı-Muğanlı və Şamaxı-Pirqulu-Dəmirçi yollarında ancaq qış hazırlığı olan avtomobillər hərəkət edə bilir. Şimal-qərb istiqamətində olan digər magistrallarda isə yollar tamamilə açıqdı. Axşam saatlarına doğru yenidən şaxta olacağı və yolların buz bağlayacağını nəzərə alaraq avtomobilləri qışa hazırlıqsız olan sürücülərin bu istiqamətlərdə yola çıxmamaları tövsiyyə olunur.

Bazar, 16 Yanvar 2022 18:44

Nənəmin yağ yaxması... | Kəndimiz

588 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S