Şəkinin Baş Göynük kəndi ərazisində keçirilən toy məclisində qidadan zəhərlənmə baş verib. Belə ki, axşam saatlarında bir qrup vətəndaş özlərini piss hiss edərək təcili yardıma müraciət edib. Rayonun Baş Göynük kənd sakinləri - 61 yaşlı Səyarə Aslanova, 69 yaşlı Rəcəb Əhmədov, 50 yaşlı Bahar Cəfərova, 64 yaşlı Hidayət Aydəmirov, 60 yaşlı Sürayə Cəfərova, 47 yaşlı Vüsalə Aslanova və 64 yaşlı Əsgər Əsgərov Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Müraciət edən şəxslərə ilkin tibbi yardım göstərilib, onlardan müvafiq nümunələr götürülüb. Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşən Baş Göynük kənd sakinləri ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.