Super User

Super User

Çərşənbə, 30 Mart 2022 18:38

Qarabaldır kəndinə qaz çəkilir…

İndiyədək Qarabaldır kəndinin yaxınlığından qaz xətti keçsə də kəndin qazlaşması aparılmayıb. Artıq Azəriqaz İstehsalat Birliyi kəndin qazlaşdırılmasına başlayıb. Kənddə ümumi uzunluğu 7250 metr qaz boru xəttlərinin çəkilişi nəzərdə tutulub ki, həmin xəttlərdən 1850 metri artıq icra olunub. 500 nəfərdən çox sakini olan Qarabaldır kəndində yanacaq növü kimi əsasən odundan istifadə olunub. Hətta bəzən sakinlər həyətlərindəki meyvə ağaclarını kəsməli olub. Sakinlər qazın çəkilməsinin ekoloji cəhətdən də mühüm olduğunu bildirirlər. Yaxın 3 ay ərzində Qarabaldır kəndində qazlaşdırma işləri yekunlaşacaq. Beləliklə, 500 sakin mavi yanacaqdan istifadə edə biləcək.

Çərşənbə, 30 Mart 2022 13:09

Şəkidə 6 ailə evsiz qaldı...

Şəkidə 6 nəfərə məxsus fərdi yaşayış evi yanıb. Yanğın Şəki şəhəri Cəfər Cabbarlı küçəsində ümumi sahəsi 400 kv/m olan yaşayış evlərində qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində binanın yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə, 30 Mart 2022 05:49

Sacda leço | Kəndimiz 33-cü veriliş

Çərşənbə axşamı, 29 Mart 2022 18:56

Tikinti materiallarının qiyməti bahalaşır...

Qiymət artımı əsasən xaricdən idxal edilən məhsullarda müşahidə edilir. Xüsusilə də taxta, dəmir kimi materialların qiyməti hər ötən gün artır. Alıcılar tikinti mövsümü ərəfəsində qiymətlərin yüksəlməsindən narahatdırlar. Satıcılar isə qiymət artımının əsas səbəbini Ukraynadan tikinti məhsullarının gəlməməsi və Avropa ilə Rusiya arasında münasibətlərin kəskinləşməsində görür. Belə ki, əsasən Rusiyadan idxal olunan taxta və dəmirin qiyməti azı 50% artıb. Əvəllər taxtanın kubu  300 manat idirsə hazırda 450 manata qədər qiymət qalxıb. Digər tərəfdən, yaz aylarında tikinti işlərinin artması, eləcə də, postpandemiya dövründə bu sahədə yaşanan canlanma qiymətə təsir göstərən əsas amillərdəndir. Yerli materiallarda da qiymət artımı müşahidə edilir. Əsasən çay daşı və digər yerli istehsalat materiallarında artım nəzərə çarpır.  Nəzərə alsaq ki, xaricdən gətirilən tikinti materiallarına qlobal məsələlər öz təsirini göstərir, o zaman qiymət artımı da qaçılmaz olur. Odur ki, bu prosesin normaya salınması ehtimalı qəlizləşir. Daha çox xarici bazara görə dəyişən qiymətlərin tənzimlənməsi o qədər də real görünmür.

Çərşənbə axşamı, 29 Mart 2022 18:44

U-18 millisinin təlim-məşq toplanışı keçirilib…

Martın 23-dən 29-dək Qəbələ şəhərində 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilib. U-18 millisinin hazırlıq düşərgəsinə müxtəlif komandalardan 24 futbolçu dəvət olunub. Onların çoxu 3 komandanın Qəbələ, Səbail və Neftçi klublarının üzvləridir. Toplanışın keçirilməsində məqsəd uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi, fərdi bacarıqları yüksək olan gənclərin seçilməsidir. Bunun üçün seleksiya xarakterli düşərgəyə 16 yeni futbolçu dəvət alıb. Təlim məşq toplanışı zamanı U-18 millisi martın 25-i və 28-də Qəbələnin 2-ci komandasına və Zaqatala komandasına qarşı 2 hazırlıq oyunları da keçirib. Millinin məşqçisi bildirib ki, komandanın gücləndirilməsi və heyətinə yeni futbolçuların qatılması üçün apreldə növbəti təlim-məşq toplanışı nəzərdə tutulub.

Çərşənbə axşamı, 29 Mart 2022 18:37

Yanğın iki ailəni evsiz qoydu...

Oğuzda fərdi yaşayış evinin yanması nəticəsində 6 nəfərdən ibarət iki ailə evsiz qalıb. Hadisə rayonun Mollalı kəndində, Adil Hacıyevə məxsus ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Yanğın yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb edilib. Ev tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının odun sobasından baş verdiyi ehtimal edilir. Küləkli hava isə  yanğının tez bir zamanda bütün evi əhatələməsinə səbəb olub. Faktla bağlı araşdırma aparılır.

562 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S