Super User
Sənan Əliyev, Taleh Yahyayev və Kəmalə Qaramollayeva "Xəbərin var?"da 20.06.2025
Şəkidə "Sheki Open" beynəlxalq şahmat festivalı start götürüb
Turnirdə 8 ölkədən 300-ədək şahmatçı çıxış edəcək. "Sheki Open" Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil edilən "Chess Tour Azerbaijan" seriyasının bir mərhələsidir. Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək və 9 turdan ibarət olacaq turnir iyunun 25-də başa çatacaq. Yarışın ümumi mükafat fondu isə 23.650 AZN təşkil edir.
Fındıq ağaclarında bakterioloji xəstəliklər artıb
Şimal-qərb bölgəsinin əsas kənd təsərrüfatı məhsullarından olan fındığın bu il ötən illə müqayisədə 20-30, bəzi ərazilərdə isə hətta 50 faiz daha az məhsul verəcəyi gözlənilir. Yağıntının normadan artıq olması məhsuldarlığa mənfi təsir göstərməklə yanaşı, xəstəliklərin artmasına da səbəb olub.
Seymur Məmmədov, Tural Salmanov, Gülzar Fərəcova "5 gün" Mikayıl ilə"də 19.06.2025
Elnar Xəlilov, Umman Zali və Xuraman Şuşalı "Xəbərin var?"da 19.06.2025
“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib
Mədəniyyət Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib. Layihə çərçivəsində 18-19 iyun tarixlərində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumitəhsil məktəblərindən 10-16 yaş arası 600 məktəbli Şəki Dövlət Dram Teatrında “Kitabı-Dədə Qorqud" eposunun ən maraqlı boylarından biri olan “Dəli domrul” tamaşasını izləyəcək. “Dəli Domrul” tamaşası Azərbaycan ədəbiyyatının və ümumilikdə türk dünyasının ən qədim epik abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının eyni adlı boyu əsasında səhnələşdirilib. Tamaşa qəhrəmanlıq, sevgi, cəsarət və ilahi ədalət kimi mövzuları özündə birləşdirir.
Təhsilverənlərin sertifikasiya imtahanının test imtahanı mərhələsinə start verilib
Mərhələnin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib. Prosesin ilk günündə 95 % davamiyyət qeydə alınıb. Əməkdaşlarımız bugünkü prosesi Şəkidə izləyiblər. Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 116 təhsilverən ilk gün imtahan verib, ümumilikdə isə bölgə üzrə 1688 təhsilverən imtahan prosesinə cəlb olunacaq. Qeyd edək ki, Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.