Super User
İsmayıllıda hotel yanıb
İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib. Cinayət işi başlanılıb, İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xalq artisti Simarə İmanova və əməkdar artist Babək Niftəliyev "Xəbərin var?"da 16.06.2025
Məzunlar üçün "Son Zəng" çalındı...
"MTV"də Xoş Sabah verilişinin kadrarxası | Stop kadr 15.06.2025
Bu dünyadan bir Bəxtiyar keçdi
Şəkidə Şəhər icra hakimiyəti və Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə dahi şairimiz Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Bu dünyadan bir Bəxtiyar keçdi” adlı tədbir keçirilib.
Şəkili idmançılardan uğurlu nəticə
İsmayıllı şəhərində Uşu Sanda idman növü üzrə ölkə çempionatı keçirilib. Ümumilikdə 300-dən çox idmançının iştirak etdiyi yarışda Şəkidən 15 idmançı mübarizəyə qatılıb. Gərgin mübarizənin sonunda onlardan 3 nəfər 1-ci yerə, 6 nəfər 2-ci yerə, 2 nəfər isə 3-cü yerə layiq görülüb.
Qeyri-sabit hava Şəkidə fəsadlara səbəb oldu
Ötən gecə güclü küləklə müşayiət olunan leysan yağışı Şəkidə bir sıra fəsadlara səbəb olub. Güclü külək şəhərin "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində irigövdəli ağacı və elektrik dirəyini aşırıb. Nəticədə ərazidə elektrik enerjisinin təchizatında fasilə yaranıb. İrigövdəli ağac isə yaxınlıqdakı işıq dirəyinin üzərinə aşaraq onu sıradan çıxarıb. Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Bundan başqa, şəhərin müxtəlif ərazilərində və Oxud kəndində də irigövdəli ağaclar aşıb. Təbii fəlakət səbəbi ilə şəhərin bəzi hissələrində elektrik enerjisinin və suyun verilişində fasilə yaranıb. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.