Super User

Super User

Çərşənbə axşamı, 17 İyun 2025 13:24

Oğul atasına bıçaq xəsarətləri yetirib

İsmayıllıda oğul atasının boğazını kəsməkdə şübhəli bilinir. 31 yaşlı İsmayıllı rayonunun Talıstan kənd sakini Kənan Əzizov aralarında yaranmış mübahisə zamanı atası, 57 yaşlı Bəhlul Əzizova qarın boşluğu və boğaz nahiyəsindən bıçaq xəsarətləri yetirib. Kənd sakinlərinin köməyi ilə yaralı xəstəxanaya yerləşdirilib, əməliyyat olunub. Kənan Əzizov şübhəli şəxs qismində tutulub. Araşdırmalar davam etdirilir...

Çərşənbə axşamı, 17 İyun 2025 13:10

Tövlə içərisindəki heyvanlarla birlikdə yandı...

İsmayıllının Talıstan kəndində tövlə yanıb. Yanğın nəticəsində kənd sakini Qurban Hüseynova məxsus , ümumi sahəsi 90 kv.m olan tövlə və içərisindəki 4 ton ot bağlaması və dörd baş iribuynuzlu mal-qara yanaraq tələf olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər mühafizə edilib.

Çərşənbə axşamı, 17 İyun 2025 12:03

Şəkidə silah və narkotik əməliyyatı

Şəkidə Polis Şöbəsinin əməkdaşları qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 64 yaşlı Nizami Seyidovu saxlayıb. Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” avtomatı, daraq və 51 ədəd patron, eləcə də aqrotexniki qaydada qulluq edərək yetişdiriyi çətənə kolları aşkarlanıb. Davam etdirilən tədbirlərlə Nizami Seyidovun həmin silahı tanışı Vahid Həşimov və Pərviz Cabbarovdan əldə etdiyi müəyyən edilib. Onlar da saxlanılaraq istintaqa təqdim ediliblər. Vahid Həşimovdan əlavə olaraq torpağa basdıraraq saxladığı 1960 ədəd patron, ov tüfəngi və çətənə kolları aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisə Zaqatala şəhəri ərazisində baş verib. 5 yaşlı Elman Şeyxəliyev- 60 yaşlı Zaqatala şəhər sakini Hacıömər Abbasovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin altında qalıb. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Elman Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdirilib. Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qəbələdə qətl hadisəsi baş verib. Hadisə Solquca kəndi ərazisində baş verib. Kənd sakini 39 yaşlı Teymur Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 51 yaşlı Dəmir Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib. Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. Teymur Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır.

Bazar ertəsi, 16 İyun 2025 14:13

Bir ömrün Kamalı...

Şəkidə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə şəhid Kamal Kamallının anım gününə həsr olunan "Bir ömrün Kamalı" adlı tədbir keçirilib.

57 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S