Super User
AP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib…
Zaqatala rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Partiyanın yaranmasına gəsr olunan film nümayiş etdirilib. Çıxış edənlər bildirib ki, 30 il əvvəl yaradılan YAP dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə daim dövlət maraqlarını təmin edir. Müstəqil Azərbaycanın etibarlı gələcəyinin əsaslarının arxasında ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti dayanır. Bugün Müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunu rəhbər tutan Prezident İlham Əliyevin sədri olduğu YAP-ın qarşımızda dövlətimizə sədaqətlə xidmət etmək, dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələr qoyduğu vurğulanıb. Sonda partiyanın sıralarına yeni qoşulmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub və Vətən müharibəsi iştirakçılarına medalları təqdim edilib.
Vətəndaşlara səyyar qaydada daşınmaz əmlakın qeydiyyatı xidmətlərı göstərilib...
Zaqatalada 2012-ci ildə baş verən yeraltı təkanlar nəticəsində tamamilə dağılmış, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə sakinlərə səyyar qeydiyyat xidməti göstərilib. Rayonda bu qəbildən olan 5 min ev siyahıya alınıb. Əmlak Məsələləri Dövlət Xidməti Gəncə, Şəki, Yevlax, Şirvan, Balakən və digər bölgələrdə də səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.
Nrkomaniya qarşı tədbir keçirilib...
Qax şəhər Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı birgə olaq” mövzusunda tədbir keçirilib. Rayon polis şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, veteranlar, müəllimlər və şəhər ərazisində yerləşən beş tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. “Ağ ölüm”ün cəmiyyət üçün yaratdığı problemlərdən söz açan polis əməkdaşları yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, bu bəlaya qarşı mübarizədə hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Sonda narkomaniyanın acı nəticələrini özündə əks etdirən videoçarx nümayiş olunub və mövzu ilə əlaqəli şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Baş Leytenant Fərid İzzətli və əsgər Elşən İbrahimovun xatirələrinə inşa olunan Şəhid bulağının açılışı olub