Super User

Super User

Cümə axşamı, 19 Yanvar 2023 21:10

Müstəqilliyə gedən yol - 20 Yanvar

Şamaxı rayon Mədəniyyət Mərkəzinin və Şamaxı şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş “Müstəqilliyə gedən yol - 20 Yanvar” adlı tədbir keçirilib. Çıxış edənlər vurğulayıb ki, qanları ilə torpağa azadlıq yazan şəhidlərimiz imperiyanın vandalizm, işğalçı,terrorçu, bir sözlə, antihumanist siyasətinə qarşı çıxmaqla xalqımızın mübarizliyini, əzmkarlığını nümayiş etdirdilər. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir. Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən “Son anda” filmi nümayiş olunub,  9 saylı tam orta məktəbin şagirdləri kompozisiya təqdim ediblər.

Cümə axşamı, 19 Yanvar 2023 20:50

Minik avtomobili yandı...

Zaqatalanın Yuxarı Tala kəndində "Toyota Passo " markalı avtomobil yanıb. Kənd sakini 41 yaşlı Kişvər İsmayılova məxsus maşında alov elektrik xətlərindəki qısaqapanma nəticəsində yaranıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Hadisə nəticəsində avtomobil tam yansa da, xəsarət alan olmayıb.

Cümə axşamı, 19 Yanvar 2023 13:52

Çevrəmiz - Hobbilər bizə nə verir? 19.01.2023

Qobustandan görüntülərimiz olacaq. Rayonun Təsikənd sakinləri deyirlər ki, xeyli müddət idi mavi yanacaq üzü görmürdük. Nəhayət, ötən il kənd qazlaşdırılıb, amma bu dəfə sakinləri narahat edən başqa bir məsələ çıxıb ortaya. Kənd əhalisinin iddialarına görə, kəndə qaz xətləri çəkilib, amma həmin xətlərin evlərə gəlib çıxa bilməsi hər bir ailənin təxminən 800 manata yaxın bir məbləğdə xərc çəkməli olduğunu deyiblər. Elə bu iddianın izi ilə əməkdaşımız Cavanşir Seyfəddinoğlu sözügedən kəndə yollanıb, sakinləri dinləyib. Kənddə ümumilikdə 75 ailə yaşayır. Deməli, burada əsas məsələ nədir, sakinlərin dediyinə görə, kənd qazlaşdırdıqdan sonra "Azəriqaz" əməkdaşları əhaliyə bir neçə xidmət var ki, onların ödənişini sakinlərin etməli olduğunu bildirib. Qeyd olunan bütün bu dırnaqarası xidmətlərin ödənişini hesablayanda isə hər ailəyə orta hesabla 700-800 manat civarında bir məbləğ düşür. Kənd qazlaşdırılması üçün ötən ilin yay aylarından plana salındığından bu qış üçün sakinlər heç bir tədarük görməyib. Nə odunları var, nə də digər yanacaq vasitələri. Odunu tapanlar da çox çətinliklə və, demək olar ki, normadan yuxarı qiymətə əldə edirlər. Məcburən balon qazlrından istifadə edirlər ki bu da özlərini təhlüyə atmaqla yanaşı həmdə maddi cəhəddən problemlər yaradaraq kommunal xərcləri bir neçə dəfə artırır. Sakinlərin daha bir iddiası isə odur ki, xətlərin mənzillərə gəlməsi üçün lazım olan mal-materialın sakinlərin özlərinə aldırılması bir kənara, həm də bu materialları qurumun əməkdaşları özləri baha qiymətə satır və başqa yerdən alınmasına da icazə vermirlər. Deyilənlərə görə, kənddəki 75 ailədən haradasa 20-yə yaxını tələb olunan ödənişləri etdiyindən həmin evlərə xətlər çəkilib, geri qalan 50-dən çox mənzil isə hələ də təminatdan kənarda qalıb. Lakin buna baxmayaraq evlərinə qaz xətti çəkilən ailələr belə hələ ki mavi yanacaqdan istifadə edə bilmirlər. Yay aylarından başlayaraq qışa odun tədarükü görməyən sakinlər həyətyanı sahələrindəki meyvə ağaclarını kəsərək qışı bir təhər sağ-salamat başa vurmağa çalışırlar. Eşitdiklərimizin nə dərəcədə doğru olduğunu öyrənmək üçün kənd bələdiyyəsinə müraciət etdik. Rəsmilər çəkiliş yerinə gəlsələr də, deyilənlərin heç bir həqiqəti əks etdirmədiyini bildirdilər. Beləcə, daha bir sosial mövzunun sonuna çatdıq. Vətəndaşları da dinlədik, qarşı tərəfi də. Rəsmilərin cavabı nə qədər ümidverici olsa da, güman edirik əməldə də eyni təəssüratı görərik. Hər halda biz öz öhdəmizə düşəni etdik:çağırdılar, getdik, çəkdik və göstərdik.

Çərşənbə, 18 Yanvar 2023 14:07

Manaf Ağayev "Nahara az qala"da 18.01.2023

482 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S