Bazar, 07 May 2023 08:47

Körpü uçmaq təhlükəsi ilə üz-üzə…

Qax yolunun Zaqatala rayonu ərazisində rayonun ən gursulu çaylarından olan Böyükçayın üzərindəki uzunluğu 100 metrə yaxın olan körpünün dayaqlarından bir neçəsinin dibini sel suları yuyub. Hətta dayaqlardan biri az qala havadan asılı vəziyyətdədir. Nəzərə alsaq ki, yaz fəslidir və leysan yağışları tez-tez yağır  çay yatağının daha da yuyulması körpünün uçmasına səbəb ola bilər. Digər tərəfdən, körpüdən iritonnajlı avtomobillərin də intensiv hərəkəti təhlükənin daha da böyüməsinə səbəb olur. Üstdən hər şeyin qaydasında olduğu görünsə də tədbir görülməzsə körpünün aqibətinin necə olacağını demək çətindir. Yoldan gündəlik istifadə edən sakinləri də elə bu narahat edir. Ümid edirik, körpünün vəziyyəti aidiyyatı qurum tərəfindən yenidən yoxlanıldığında, torpaq və dəmir konstruksiyaların birləşdiyi hissəyə də bir əncam çəkiləcək. Əks halda, çox kiçik görünən hissə, hələ çox avtomobillərin ehtiyyat hissələrinin sıradan çıxmasına yol açacaq.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S