Super User
Zamanında - Yol hərəkətinin təhlükəsizliyi 16.01.2023
Bizim vaxtımızda - Çimnaz Sultanova 15.12.2022
DYPİ-dən hərəkət iştirakçılarına xəbərdarlıq...
Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanının təmiz saxlanılması ilə bağlı sürücülərə müraciət edib. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır. Ötən günlərdə ölkə ərazisində müşahidə olunan qarlı, çiskinli hava ilə əlaqədar yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artığından, sürücülər avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar.
Nanıx Xəbər - "Şəkinin küçə itləri cızığından çıxıtdı"
Xəyalə ilə sizdəyik - Aktrisa Səmayə Nəbiyevanın qonağıyıq 15.01.2023
"AVAZ-4" Televiziya Uşaq Muğam Müsabiqəsi 15.01.2023
Təhlükə altında 132 can!
Məktəblərdə istilik problemi xüsusilə də şaxtalı havalarda gündəm mövzusuna çevrilir. İndi təqdim edəcəyimiz Qaxın Qaratala kənd məktəbində də eyni problem yaşanır. Amma vəziyyət bir qədər fərqlidir. Məktəbdə istilik olsa da şərait elə vəziyyətdədir ki, sinif otaqları isinmir. Valideyinlərin bizə etdiyi müraciətin ardınca həmin məktəbə üz tutduq.. Ardını elə sujetdən izləyək...
Nahara az qala - Soyuq havada doşablı xəşil 13.01.2023
Çevrəmiz - Gözəl görünmək üçün pul xərcləmək mütləqdir? 13.01.2023
Güclü qar kəndlərlə əlaqənin kəsilməsinə səbəb oldu...
Şamaxının bəzi ərazilərində temperatur mənfi 10 dərəcəni keçib. Hava şaxtalı olduğundan yağan qar ərimir, əksinə yollarda buz təbəqəsi yaradır ki, bu da nəqliyyatın hərəkətini iflic edir. Xüsusilə də kəndlərə gediş-gəliş xeyli çətinləşib. Pirbəhli, Ərçiman, Dəmirçi, Lahıc, kəndləri ilə demək olar ki, əlaqə kəsilib. Bu yollarda heç bir nəqliyyat vasitəsi hərəkət edə bilmir. Həmin ərazilərdə qarın təmizlənməsi işləri görülür. Həmçinin Qəleybuğurd, Qaladərəsi, Sis və Keçmədin kənlərinə də gediş-gəliş çətinləşib.Bu kəndlərə yağan qarın qalınlığı artıq 50 sm-ə çatıb. Kəndlərin rayon mərkəzi ilə gediş-gəlişi tamamən kəsilməsə də, yollarda yalnızca 4 çarxlı avtomobillər hərəkət edə bilir. 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin canlı qüvvəsi və texnikası yollarda durmadan çalışır. Şamaxı-Dəmirçi-Pirqulu istiqamətində gediş-gəlişdə məhdudiyyət olmasa da əraziyə yağan güclü qar yolların yenidən buz bağlamasına səbəb olur.