Super User
Quru xurma, ot və 300 baş cücə tələf oldu...
Balakəndə yanğın olub. Rayonun Gərəkli kənd sakini Rauf İsmayılova məxsus mal tövləsində baş verən yanğın zamanı ev sahibinə xeyli ziyan dəyib. Yanğın nəticəsində 50 kvadrat metr sahə və tövlənin içərisindəki 300 cücə, qurudulmuş xurma və otbağlamaları yanıb. Ev sahibinin dediyinə görə, ona ümumilikdə 2 000 manata qədər ziyan dəyib.Hadisə yerinə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Ümumi sahəsi 90 kvadrat metr olan tövlənin qalan hissəsi və həyətdəki ev yanğından mühafizə olunub.Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qaxda avtomobil dirəyə çırpılıb...
Qaxda avtomobil dirəyə çırpılıb, bir nəfər dünyasını dəyişib. Hadisə Qax-Qıpçaq avtomobil yolunun rayonun Kötüklü kəndi ərazisindən keçən hissəsində baş verib.Qax rayon sakinin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə dəyib. Qəza zamanı avtomobildə olan iki nəfər - rayonun Qarabulaq kənd sakini 24 yaşlı Şəmsəddin Kərimov və 21 yaşlı Nihad Süleymanzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan Şəmsəddin Kərimovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Nihad Süleymnazadənin xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Zamanında - Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı 09.01.2023
Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Kəmalə Rəcəbova ilə 08.01.2023
Xəyalə ilə sizdəyik - Bu dəfə Ceyhun Bakinskinin evində qonağıq 08.01.2023
Sürücülərin kabusuna çevrilən yol...
Şəkinin Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Zərifə Əliyeva küçələrinin kəsişməsindəki yol sürücülərin kabusuna çevrilib. Ərazidə yol nişanları olmasına baxmayaraq demək olar qəzalar qaçılmaz olur. Elə yeni ilin ilk həftəsi ərazidə iki mikroavtobusun iştirakı ilə baş vermiş qəzaları misal göstərmək olar. Xoşbəxtlikdən ölüm olmasa da, bu iki küçənin kəsişməsində xırda qəzalar da adi hala çevrilib. Məsələ ilə bağlı Şəki ŞRPŞ-dən bildirildi ki, Daşqaya adlanan həmin ərazidə qanuna uyğun bütün tələblər yerinə yetirilib. Lakin sürücülər yol nişanlarının tələblərinə əməl etmir və nəticədə qəzalar qaçılmaz olur.
Silahla ehtiyatsız davranma can aldı...
Şəkidə 42 yaşlı kişi özünü tüfənglə vuraraq öldürüb. Bu gün günorta saatlarında Oxud kəndi ərazisində kənd sakini Cumay Salamovun tüfəngdən açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsi barədə polis şöbəsinə məlumat daxil olub. İlkin araşdırmanın nəticələrinə əsasən, Cumay Salamov qardaşının idarə etdiyi “UAZ” markalı avtomobildə sərnişin qismində olarkən üzərindəki ov tüfəngi ilə ehtiyyatsız davranıb və silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən vəfat edib. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Yaşayış evində yanğın olub…
Şəki şəhərində Olimpiya məhəlləsi adlanan ərazidə yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün, evə bitişik ümumi sahəsi 50 m² olan talvarın bir hissəsi, həmçinin evin içərisində olan su qızdırıcısı və paltaryuyan maşın yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən görülən tədbirlər sayəsində söndürülüb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.