Super User
Şagirdlərlə maarifləndirici söhbətlər davam edir...
Şəkidə hüquq-mühafizə orqanları təhsil müəsissələrində maarifləndirici tədbirləri davam etdirir. Şəkinin 8 nömrəli tam orta məktəbində keçirilən tədbirdə “Narkomaniyaya yox deyək!”, “Dini radikalizm”, “Erkən nikah və onun fəsadları” mövzularında sagirdlərlə söhbətlər aparılıb. Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb kollektivi iştirak edib.
Çıxış edənlər narkotikin insana mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq durmaga cagirib. Bununla yanaşı erkən nikahın fəsadları, dini radikalizmin mənfi nəticələrindən də söz açılıb. Bildirilib ki, ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşılır, ancaq bu azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlər də var. Bunlara qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam edir. Erkən nikah və onun fəsadları barədə də şagirdlər maarifləndirilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Şagirdlərlə maarifləndirici söhbətlər davam edir | Kanal S Xəbər
Eşitməyən qalmasın 08.12.2023
Luna Gomez: Canana dost kimi yaxşı deyil! | Xəbərin Var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Luna Gomez: Açıq-saçıq geyinməyi sevirəm | Xəbərin Var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Xeyirli axşamlar 07.12.2023
Eşitməyən qalmasın 07.12.2023
“Ağ işığın sehri” kitabının təqdimat mərasimi keçirilib
Qəbələ rayon Mədəniyyət Mərkəzində “Ağ işığın sehri” kitabının təqdimat mərasimi keçirilib. Jurnalist-publisist Bibixanım İsayevanın “Ağ işığın sehri” kitabı Vətən müharibəsi şəhidi, Baş leytenant, “Azərbaycan Bayrağı” ordenli həkim Aqşin Ənvərliyə həsr olunub. Rayon rəsmiləri, Vətən Müharibəsi iştirakçıları və şəhid valideynləri əvvəlcə şəhidin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Çıxış edənlər Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın heç zaman unudulmayacağını vurğulayıb, şəhidlərimizə həsr edilən kitab və filmlərin gənc nəslin vətənpərvər ruhda yetişməsi baxımından əhəmiyyətini qeyd ediblər. Tədbir çərçivəsində şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şəhid Aqşin Ənvərlinin həyat yolunu əks etdirən videoçarx təqdim edilib.
Yeraltı keçiddən niyə istifadə edilmir?
Zaqatalada nəqliyyatın ən sıx hərəkət etdiyi ərazidə tıxacların, eləcə də baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə inşa edilən yeraltı keçid istifadəsiz qalıb. Əhali keçidlərdən lazımi səviyyədə istifadə etmir. Özü ilə bərabər sürücülərin də həyatını təhlükəyə atır. Çəkiliş boyunca apardığımız müşahidələr də göstərdi ki, piyadalar yeraltı keçiddən istifadə etməyə həvəsli deyil.
Kimisi yaşlılığı səbəb gətirir, kimisi səhhətindəki problemləri, keçid pilləkənlərindən enib, qalxmağın çətinliyini... Amma səbəb hər nə olursa olsun, keçidlərdən istifadə etmək həm öz, həmdə ki başqalarının həyatını təhlükəyə atmamaq üçün vacibdir. Qeyd edək ki, qaydalara riayət etməyən piyadalara qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələr nəzərdə tutulub.
2024-cü ildə bu 5 BÜRCÜN həyatı dəyişəcək | Xəbərin Var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.