Super User
Şəkidə "Qızılcaya yoluxma" halında artım narahatlıq doğurur!
Qızılca ilə bağlı vəziyyət hər keçən gün daha təhlükəli hal alır. Geniş yayılan virus məktəblərdəki davamiyyətə də öz təsirini göstərir. Çəkiliş apardığımız Şəkinin 8 nömrəli tam orta məktəbində artıq 32 şagird qızılcaya yoluxub. Məktəb rəhbərliyinin sözlərinə görə, yoluxma xəbərləri təsirini göstərib, 2 sinifdə uşaqların dərsə davamiyyəti pozulub. Valideynlər qorxduqlarından övladlarını məktəbə buraxmaq istəmirlər. Hətta adi qripə yoluxanlar belə dərsə gəlməkdən ehtiyat edir.
Xeyirli Axşamlar 06.12.2023
Şəhid Məmmədiyə Cabbarzadənin xatirəsinə həsr olunan filmin təqdimatı olub...
Şəki Dövlət PeşəTəhsili Mərkəzində şəhid Məmmədiyə Cabbarzadənin xatirəsinə həsr olunan "Ölümsüzlər" filminin təqdimatı olub. Təqdimatda şəhid ailələri, şəhər ictimaiyyəti, tələbələr iştirak ediblər. Çıxış edənlər Vətən müharibəsindən, şanlı ordumuzun, qəhrəmanlarımızın göstərdikləri şücaətlərdən danışıblar. Vurğulanıb ki, şəhidlərin şərəfli ömür yolu gənclərimizə örnəkdir. Məhz bu baxımdan şəhidlərin xatirəsinə həsr olunan, onların həyatından bəhs edən filmlərin vətənpərvər ruhlu vətəndaş yetişdirilməsində xüsusi önəmi var. Rəsmi hissədən sonra filmə ictimai baxış olub.
Bakı-Şamaxı yolunda yük avtomobili alovlar içində...
Hadisə yolun 123 km-də baş verib. Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib. Məlum olub ki, yanğın “Mercedes” markalı nəqliyyat vasitəsində baş verib. Alov qısa müddətdə söndürülüb. Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi və elektrik avadanlığı yanıb. #kanals#xəbər#qəza
Saxta toz darçını yoxlama üsulu | Elə çarə 06.12.2023
"Ögey ana uşaqlarımı evə buraxmır" - Mətanətin keçmiş gəlinindən ŞOK KADRLAR | Xəbərin Var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Şamaxıda ağır yol qəzası can aldı...
Şamaxıda BMW aşıb, 3 nəfər həlak olub. Hadisə saat 17 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib. 29 yaşlı Tural Fərhadzadənin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri olan qardaşları - 53 yaşlı Sadiq Mətiyev, 58 yaşlı Xaləddin Mətiyev və onun oğlu 29 yaşlı Tural Fərhadzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.