Çərşənbə, 06 Mart 2024 14:19

14 il ərzində Acınohur düzənliyinə 97 baş ceyran buraxılıb

Son illər Azərbaycanda ceyran populyasiyası bərpa edilir və onların sayları artırılır. Bu məqsədlə növbəti dəfə Acınohur düzünün Qax Dövlət Təbiət Yasaqlığına aid ərazisinə ceyranların buraxılması həyata keçirilib. Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun, Qax rayon İcra Hakimiyyətinin nümayəndələrinin, ETSN yanında İctimai Şuranın üzvlərinin və ekokönüllülərin iştirakı ilə 8 baş ceyran təbiətə buraxılıb.

Eyni zamanda o da bildirilib ki, hazırda ölkədə ən böyük ceyran populyasiya məhz Şirvan milli parkı ərazisindədir. Belə ki, ötən əsrdə antropogen təsirlər nəticəsində ceyranların sayı azalmışdı. Ancaq həmin əraziyə milli park statusu veriləndən sonra, bu heyvanların populyasiyasının artmasına səbəb oldu.

Qeyd edək ki, 2010-cu ildən etibarən artıq 370 baş ceyran ölkənin müxtəlif ərazilərinə reintroduksiya olunub.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S