Super User
Şəkidə güclü yağış fəsadlar törətdi
Axşam saatlarında Şəkinin Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan yağışları nəticəsində ərazidən keçən Əlican çayında suyun səviyyəsi qalxıb. Ərazidən keçən Yexlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənd daxili yollara basıb, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Yağan güclü yağış nəticəsində Şəkinin Bolludərə kəndini də sel suları yuyub. Əliyar kəndinə gələn yol isə sel suları səbəbindən bağlanıb, kənd arası yollar dağılıb, bəzi evlərə və obyektlərə sel suları dolub. Hazırda müvafiq qrumlar əraziyə ezam edilib, fasadların aradan qaldırılması istiqamətində iş aparılır. Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti höküm sürür.
4 idmançı zona birincisi oldu
Şəkidə yeni fəaliyyətə başlayan “Dəmir yumruq” ağır atletika klubu artıq ilk uğurlarını əldə etməyə başlayıb. Belə ki, avqustun 21-də Balakəndə keçirilən ağır atletika yarışında klubun 4 üzvü birinci yerə çıxaraq zona birincisi adına layib görülüb. Klub bu nailiyyətlərlə kifayətlənmir, yeni çempionatlara hazırlaşır. Ağır atletika klubu insanları bu idman növü üzrə kluba cəlb etmək istəyir.
“Könüllü Gənclər” düşərgəsi baş tutub | Kanal S Xeber
Şəkidə “Könüllü Gənclər” düşərgəsinin açılış mərasimi baş tutub. Layihə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən düşərgədə əsas məqsəd milli dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanması, gənclərin şəxsi inkişafına nail olmaqdır. 5 gün davam edəcək düşərgə müddətində könüllülərin asudə vaxtlarının səmərəli dəyərləndirmələri üçün ekskursiyalar, xüsusi peşəkar təlimçilər tərəfindən həyata keçirilən təlimlər, dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel görüşlər, komanda oyunları, intellektual oyunlar baş tutacaq. Tədbirdə könüllərin sualları cavablandırılıb, iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib.
Eşitməyən qalmasın 25.08.2023
Maraqlı hobbi
Qax rayonunun Qorağan kəndində yaşayan Süleyman Süleymanov Azərbaycanın fərqli bölgələrindən gətirdiyi müxtəlif növ gül sortlarını həyətində, bağında əkir. Ömrünün on ilini bu işə sərf edən gül-çiçək aşiqinin həyəti artıq güllük əraziyə çevirib. Gününün çox hissəsini sevimli güllərinə xidmət etməklə keçirən Süleyman kənd şəraitində dekorativ ağacları və gülləri yetişdirməyin çox da asan olmadığını söyləyir. Qulluq etdiyi hər fidanın sonda çevrilib gözəllik rəmzi olması ona sevinc bəxş edir. İllərini güllərinə sərf edən Süleyman Süleymanov bu sahəni daha da inkişaf etdirmək fikrindədir.
Şəkidə yol qəzası zamanı iki nəfər xəsarət alıb
Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası başverib. Hadisə Qax-Şəki magistral yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 35 yaşlı Nəsimi Novruzovun idarəetdiyi \"VAZ 2107\" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki nəfər sərnişin - Zunud kənd sakini 32 yaşlı Tural Qabilov və İnçə kənd sakini 58 yaşlı Neymət Cumazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda 230 baş mal-qaranı sel apardı
İsmayıllı rayon mollaisaqlı kəndinə yağan güclü leysan yağışları nəticəsində ehtiyat su anbarı daşıb və kənd sel sularına qərq olub. Kəndin işıq,qaz, su təhcizatı ilə bağlı məhdudiyyətlər yaranıb. Güclü yağış nəticəsində rabitə xəttləri sıradan çıxıb. 80 başdan yuxarı iri buynuzlu və 150 xırda buynuzlu mal qaranı sel aparıb. Həyətyanı sahələrə və təsərüfatlara ciddi ziyan dəyib. Eyni zamanda sakinlərə məxsus 200 ton taxıl yararsız hala düşüb. Hazırda dəyən ziyanın araşdırılması və aradan qaldırılması istiqamətində iş aparılır.
Minik avtomobilləri toqquşub, beş nəfər xəsarət alıb
Zaqatalada ağır yol qəzası olub. Hadisə rayonun Yuxarı Tala kəndi ərazisındən keçən hissəsində baş verib. Hərəkətdə olan VAZ 21015 və VAZ 2107 markalı minik avtomobillərinin toqquşması zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır
II Milli Qurama Festvalı keçirilib
Şamaxıda II Milli Qurama Festvalı keçirilib. Şamaxı şəhərinin girişində qədim tikmə növü olan Qurama yürüşü ilə başlanan tədbir Şamaxı Yaradıcılıq Mərkəzində davam etdirilib. Tədbirdə quramaların hazırlanması barədə ustad dərsləri keçilib, dekorativ sənət nümunələri nümayiş olunub, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkası təşkil edilib. Layihənin həyata keçirilməsində əsas məqsəd bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan \"Qurama\" sənətinə yeni həyatın verilməsidir. Qeyd edək ki, Milli Qurama Festivalı \"İçərişəhər\" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə 2020-ci ildən başlayaraq keçirilir. Tədbir musiqi proqramı ilə yekunlaşıb.
Oğuzda yol qəzası can aldı
Oğuzda ölümlə nəticələnən yol qəzası olub. Hadisə Oğuz-Xaçmaz avtomobil yolunun Sincam kəndi ərazisindən keçən hissəində baş verib. Belə ki, VAZ 2107 və Opel markalı iki minik avtomobili toqquşub. Qəza zamanı rayonun Dəymədağlı kənd sakini 62 yaşlı Tofiq Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha üç nəfər 33 yaşlı İntiqam Nəbiyev, atası 59 yaşlı İnqilab Nəbiyev və 66 yaşlı Şaid Mikayılov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.