Super User

Super User

Hadisə Balakən - Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib. Qaysa kənd sakini Ramazan Çöpsiyevin idarə etdiyi “VAZ-2107” markalı və Ramazan Qalayçiyevin idarə etdiyi “Daewo” markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü,həmçinin avtomobillərdə olan sərnişinlər- Seymur Qarakişiyev, Məmməd Çovxayev və Bahar Cindarova müxtəlif dərəcəli bədən xəarətləri alıblar. Xəsarət alanlar Balakən RMX-yə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ADPU-nun Şamaxı filialında “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev” ili çərçivəsində keçirilən konfransda Zəngin tarixə və mədəniyyətə malik olan Şuşaya həsr edilmiş videoçarx nümayiş olunub. Çıxışlarda vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci il noyabrın 8-də azad etdiyi Şuşa şəhərinin azad olunması tariximizə qızıl hərflərlə yazıldı. Bu gün Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır. Plenar iclasdan sonra konfrans işini 4 bölmədə - “Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan”, “Azərbaycan xalqının Zəfər tarixi Türk dünyasının tarixi qələbəsidir”, “Qarabağ ədəbi-mədəni mühiti və Türk düyasının mədəniyyət paytaxtı Şuşa”, “Türk dünyasının ədəbi-mədəni mühiti, tarixi və müasirliyi” adlı bölmələrdə davam etdirib. Ümumilikdə 200-ə yaxın məruzənin dinlənildiyi konfransa bir çox nüfuzlu təhsil müəssisəslərindən alim və tədqiqatçılar da qoşulub. Sonda konfransın təşkilində fəal iştirakına görə fərqlənən filial əməkdaşlarına sertifikatlar təqdim olundu.

Cümə, 15 Dekabr 2023 16:36

Eşitməyən qalmasın 15.12.2023

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Şəkinin Aşağı Göynük kəndində şəhid Bəxtiyar İdrisovun xatirəsinə həsr olunan “Bəxtiyarsız Günlər” kitabının təqdimatı baş tutub. Tədbirdə çıxış edənlər 19 yaşında şəhadətə ucalan Bəxtiyarın qısa, ancaq şərəfli ömür yolunun əks olunduğu kitab haqqında danışıblar. Vurğulanıb ki, məhz belə qəhrəmanlar sayəsində vətən torpağı düşmən tapdağından azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. Tarix yazan bu qəhərmanların həyatı gənclərə örnək təşkil etməli və onların vətənpərvər ruhda yetişdirilməsində istifadə olunmalıdır. Bu baxımdan şəhidlərə həsr olunan kitabların əhəmiyyəti böyükdür. Bəxtiyar İdrisov haqqında danışan müəllimləri, sinif yoldaşları onun necə vətənpərvər, çalışqan sevgi dolu olmasından danışıblar. Bildirilib ki, kitabda həmçinin şəhid Bəxtiyar İdrisov müəllifi olduğu hekayələr də yer alıb. Xatırladaq ki, Bəxtiyar İdrisov 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror tədbirləri zamanı Ağdamın Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

365 -dən səhifə 641

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S