Şəki Zaqatala Regional Təhsil idarəsi və Təhsil işçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə şəhid anaları, Şəki-Zaqatala regionunun təhsil müəssisələrində fəaliyyət göstərən əməkdar müəllimlər, qabaqcıl təhsil işçiləri iştirak ediblər.
Çıxış edənlər təhsilin inkişafında gələcək nəslin təhsilində və tərbiyə edilməsində, vətənə layiqli vətəndaş kimi yetişməsində anaların, müəllimələrin rolundan danışıblar. Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərin analarına minnətdarlıq bildirilib. 8 mart beynəlxalq qadınlar günü təbrik edilib, xanımlara, analara hədiyyələr təqdim edilib. Bədii hissədə uşaq yaradıcılıq mərkəzinin, ümum təhsil məktəblərinin və musiqi məktəblərinin şagirdlərinin ifasında müxtəlif şeir, mahnı və rəqs nömrələri ifa edilib.
Çərşənbə, 06 Mart 2024 09:04