Aprelin 19-da itkin düşən Şəki rayonu Cumakənd kənd sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti Əyriçayda aşkarlanıb. Meyit Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən sudan çıxarılıb və hadisə yerinə cəlb edilmiş Təcili Tibi Yardım briqadasına təhvil verilib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.