Şəkidə 14 nömrəli tam orta məktəbdə Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar “Əbədiyaşar Füzuli” adlı tədbir keçirilib. Tədbirdə təhsil işçiləri, müəllim və şagirdlər iştirak ediblər. Çıxış edənlər Məhəmməd Füzulinin həyatın və yaradıcılığından geniş bəhs edib. Dahi şairə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb. Dahi şairin şeir və qəzəlləri səsləndirilib, “Leyli və Məcnun” əsəri səhnələşdirilib. Qeyd edək ki, aprel ayı Elm və Təhsil Nazirliyi tərəfindən “Füzuli aylığı” elan olunub. Odur ki, bu cür tədbirlərin ay ərzində digər təhsil ocaqlarında da keçirilməsi planlaşdırılır.