Şəkidə Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 yaşlı Ramal Eyubov saxlanılıb. Ondan 1 kiloqram 270 qram heroin və 2 kiloqram 300 qram marixuana aşkar olunub. Araşdırmalarla Ramal Eyubovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib.
O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin narkotik vasitələri sifariş əsasında Qazax rayonuna çatdırmalı və bunun qarşılığında maddi gəlir əldə etməli imiş. Məhkəmənin qərarı ilə Ramal Eyubov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.