Çərşənbə axşamı, 08 Oktyabr 2024 16:39

Çətinlikləri bitib-tükənməyən yaşayış massivi

Növbəti sujetimiz Şəkidə illər öncə salınan yaşayış massivinin problemlərindən bəhs edir. Sakinlərin müraciət etmədikləri qurum, döymədikləri qapı qalmayıb. Səslərinə hay verən olmadığından son ümid yeri kimi bizə müraciət ediblər. Təfərrüatları və aidiyyatı qurumların cavabını izləyək.

Məsələ ilə bağlı AZƏRİQAZ İB-ə müraciət etdik. Qurumdan bilirildi ki, qaz xəttinin çəkilişləri tezliklə davam etdiriləcək. Oxşar vəziyyət su təminatı ilə də bağlı da yaşanır. Kvartalın yaxınlığında 1 artezian var və ötən il dövlət büdcəsi hesabına daha biri də qazılıb.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinin Şəki regional bölməsindən də münasibət öyrənmək istədik. Müsahibəyə razılıq verməsələr də mövcud problemdən xəbərdar olduqlarını, artezianların tam saz vəziyyətdə olduğunu bildirdilər. Belə olan halda niyə sakinlərə su xətləri çəkilmir ?- sualına isə cavab ala bilmədik. Sakinllərin ncavab ala bilmədiyi digər bir qurum da bələdiyyədir.

Görünən kəndə nə bələdçi? Çəkiliş zamanı yaxınlıqda yerləşən 118, 119, 120, 125 və digər kvartalların da eyni problemlərdən əziyyət çəkdiklərinin şahidi olduq. Ancaq bir daha xatırlatmaq yerinə düşər ki, bu ərazilər bələdiyyə tərəfindən sənədlə paylanıb və Şəki şəhərinin baş planına daxil edilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S