Bazar ertəsi, 21 Oktyabr 2024 16:48

Təhlükə saçan yol

Magistral yol 5 mindən çox əhalisi olan kəndin tam ortasından keçir. 1000-ə yaxın şagirdin oxuduğu məktəb də yolun kənarında yerləşir. Gündə yüzlərlə piyadanın istifadə etdiyi yolun 1 hissəsində piyada keçidi və işıqfor olsa da bəzi sürücülər nəinki sürəti azaltmır, hətta, işıqforun qırmızı işığına belə məhəl qoymur. Nəticədə bədbəxt hadisələr qaçılmaz olur.

Yoldan hər gün qorxu içində istifadə edən sakinlər bədbəxt hadisələrin qarşısının alınması üçün aidiyyatı qurumların tədbir görməsini istəyir.

Ekspertlər də hesab edir ki, bu yolda qəzaların artmasının başlıca səbəbi yol hərəkəti iştirakçılarının qaydaları pozmasıdır. O ki, qaldı görüləcək tədbirlərə....

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndindən keçən hissəsində xüsusi texniki vasitələrin quraşdırılması ilə bağlı sakinlər tərəfindən müraciət edilib.

Həmin əraziyə baxış keçirilib və xüsusi texniki vasitənin quraşdırılacağı yer müəyyənləşdirilib. Yaxın zamanda qeyd olunan məsələnin müsbət həlli istiqamətində zəruri tədbirlər görüləcək.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S