Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb. Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub. Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb. Müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.