Super User
Eşitməyən qalmasın 27.06.2024
Yaxşı deyək, yaxşı eşidək 27.06.2024
Səidə Dadaşova, Cəmil Əfəndi və Elvin Əhməd ""5 gün" Mikayıl ilə"də 27.06.2024
Xeyirli axşamlar 26.06.2024
Yaxşı deyək, yaxşı eşidək 25.06.2024
Xeyirli axşamlar 25.06.2024
Elnar Xəlilov, Aydan Hüseynova və Cəmilə Tağızadə "Xəbərin var?"da 27.06.2024
Səhər dəmi 27.06.2024
Yay aylarında gənclərin vaxtını səmərəli keçirməsi üçün hansı işlər görülür?
Yay aylarında məktəblər, universitet və kolleclər tətilə çıxır. Artıq boş vaxtları daha da çox olan şəkili gənclər də səmərəli vaxt keçirmək, istirahət etmək üçün məkanlar axtarır. Ancaq təəssüf ki tapmır. Nəticədə vaxtlarını şəhər ərazisində saysız-hesabsız olan çayxanalarda keçirməli olur.
Şəhə ərazisində apardığımız sorğudan da aydın oldu ki, yeniyetmə və gənclər də Şəkidə əylənmək, səmərəli vaxt keçirmək üçün yetəri qədər imkanların olmadığını düşünürlər.
Bəs, Şəkidə gənclər üçün hansı işlər görülür və ya hansı tədbirlərin görülməsi planlaşdırılır? İdarədən həmçinin bildirildi ki, gənclər Şəki şəhəri üzrə gənclər və idman idarəsinə müraciət edərək həmin düşərgələrdə iştirak edə bilərlər.
Ancaq təbii ki, bu, problemin köklü həll deyil. Sağlam düşüncəli, özünü inkişaf etdirən yeniyetmə və gənclərin olması üçün onların inkişafına dəstək verəcək kompleks tədbirlərin görülməsi vacibdir.
Torpaq sürüşməsi nəticəsində istirahət mərkəzlərinə gedən yol bağlandı...
Dünən axşam saatlarında #Şəkiyə yenidən yağan #leysan yağışları və güclü küləyin ardınca "Taxta Qaya" adlanan ərazidə torpaq sürüşməsi baş verib.
Qaya parçaları, daş, çınqıl, lilli çöküntü tökülüb ki, bu da yolu keçilməz edib. Nəticədə şəhər mərkəzi ilə istirahət məkanlarını birləşdirən avtomobil yolu bağlanıb, turistlər və yerli sakinlər köməksiz vəziyyətdə qalıb.
DYPB əməkdaşları, həmçinin aidiyyatı qurumların canlı qüvvə və texnikaları hadisə yerinə cəlb olunub. Yolun təmizləndikdən sonra hərəkət bərpa edilib.