Şəkidə Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin şəhidi Şahmar Soltanlı 28-ci doğum günündə anılıb. Əvvəlcə dəfn olunduğu xiyabanda şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dualar oxunub. Daha sonra tədbir şəhər 7 nömrəli tam orta məktəbdə davam edib. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin iştirak etidiyi tədbirdə şəhidin şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş edilib.
Çıxış edənlər şəhid Şahmar Soltanlı ilə bağlı xatirələrinin bölüşüb, onun Vətən sevgisindən, müharibədə göstərdiyi igidlikdən qürurla bəhs ediblər. Daha sonra tədbir musiqiçilərin və şagirdlərin vətənpərvərlik ruhunda çıxışları ilə davam edib.
Cümə axşamı, 20 Fevral 2025 16:45