Super User
Şəhid baş çavuş Elçin Nadirovun xatirə lövhəsi
Şəki şəhər 17 nömrəli tam orta məktəbdə Daxili Qoşunların yaranması günü münasibətilə Daxili Qoşunların şəhidi, baş çavuş Elçin Nadirovun adını daşıdığı 2b sinfində şəhidin xatirə lövhəsinin açılışı olub. Əvvəlcə məktəbin kollektivi şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əklil qoyublar. Ardınca məktəbdə davam edən tədbirdə müəllimlər, şagirdlər və şəhidin anası iştirak edib. Xatirə lövhəsinin açılışı olub. Şəhid anası məktəblilərin yaxasına şəhidin xatirə nişanını taxıb. Sonra tədbir məktəblilərin vətənpər ruhda kmpozisiyaları ilə davam edib. Sonda şəhidin həyatından bəhs edən videoçarx nümayiş etdirilib və şəhid anasına hədiyyə təqdim olunub.
Mal-qara arasında quduzluq şübhəsi
İsmayıllının Kürdmaşı kəndində bir aya yaxındır ki, mal-qara arasında xəstəlik yayılıb. Kənd sakinləri yayılmış xəstəliyin artıq heyvan tələfatına da səbəb olduğunu bildirirlər. Sakinlər yayılmış xəstəliyin quduzluq olduğunu iddia edirlər.
Cəmil Əfəndi, Bahar Lətifqızı, Dr.Xoşbəxt Ağayeva ""5 gün" Mikayıl ilə"də 14.03.2025
Sözün bitdiyi an 14.03.2025
Fəxriyə Xələfova, Sədəf Budaqova və Rəqqasə Renka, "Xəbərin var?"da 14.03.2025
İnkassatorun iştirakı ilə qəza olub, ölən və xəsarət alanlar var
Şəki Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri Tural Məmmədov həbs edilib
"Qafqazinfo"nun yaydığı məlumata görə, məmur -- şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib. Şikayətçilər bildirib ki, Tural Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci -Dələduzluq maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir. Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Tural Məmmədov bir müddət əvvəl vəzifədən azad edilib.
Çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib. Balakənçayda qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 6 nəfər müəyyən olunub. Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.