Super User
Sevda Yəhyayeva: Alnım açıqdır, heç bir estetik əməliyyatım yoxdur | Xəbərin var? 26.04.2024
Ceyhun Nemətov, Maya Cəbrayılova və Ülviyyə Sədaqət "Xeyirli axşamlar"da 25.04.2024
Səlim Nəsirlinin qonağıyıq | Xəyalə ilə "Sizdəyik" 28.04.2024
Tibb bacısı antibiotikdən şoka düşdü...
Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. Bu gün axşam saat 17:00 radələrində rayonun Kiş kənd sakini 49 yaşlı Gülçöhrə Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Müayinə zamanı onun özünə antibiotik iynəsi vurduqdan bir qədər sonra vəziyyətinin pisləşərək şoka düşdüyü məlum olub. G.Allahverdiyeva Kiş kənd tibb məöntəqəsində tibb bacısı kimi çalışır. Faktla bağlı araşdırma aparılır.
Yaxşı deyək, yaxşı eşidək 25.04.2024
"Ayı başı" şəkilli qonaq evi...
Tikinti zamanı əl altında olan təbii materiallardan meşədəki ağaclarından, saman və palçıqdan istifadə edib. Tikilidə qonaqların istirahət etməyi və gecələməsi üçün də şərait yaradılıb. Belə ki, içəridə şam yandırmaq, mətbəx ləvazimatlarını yerləşdirmək üçün xüsusi rəflər, bir nəfərlik yataq, odun peçi mövcuddur. Yataq otağının qapısı palıddan hazırlanıb və hər iki tərəfdən bağlana bilir.
Zaqatala rayonunda Zərifə xanım Əliyevanın 101-ci il dönümü qeyd edilib...
Zaqatalada Zərifə Əliyevanın 101-ci ildönümü qeyd edilib. Heydər Əliyev muzeyində təşkil edilən dəyirmi masada rayonun fəal və ziyalı xanımları iştirak edib. Çıxış edənlər Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışaraq alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıblar.
Vurğulanıb ki, onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifə açıb. Əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Sonda Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən film nümayiş edilib.