Super User

Super User

Şəkidə millət vəkilləri və vəkillər kollegiyası birgə vətəndaşların qəbulunu həyata keçirib. Qəbulda Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli və Vüqar İskəndərovun köməkçisi, Vəkillər kollegiyasının vəkilləri və Şəki şəhər icra hakimiyyətinin nümayəndələri vətədaşların müraciətlərini dinləyiblər. Vətəndaşlara hüquqi məsələlərdə üzləşdikləri problemlərlə bağlı məsləhətlər verilib. Hüquqla bağlı olmayan müraciətlər aidiyyatı qurumlara yönləndirilib. Millət vəkillərinin təşəbbüsü ilə keçirilən qəbula maraq yüksək olub. Millət vəkilləri bu cür qəbulların daha efektiv və tez bir zamanda problemlərin həllinə kömək etdiyini bildiriblər. Həmçinin vətəndaşların hüquqi biliklərinin az olması bu cür qəbullarda vəkillərin iştirakının əhəmiyyətini göstərib.  

Cümə, 01 Aprel 2022 19:17

Kəndin bitməyən problemləri...

Yolumuz İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən, ucqar dağ kəndi Yuxarı Zərnavayadı.Bu kəndə yetişmək üçün Muğanlı-İsmayıllı yolundan ayrılıb Lahıc istiqamətində asfalt yolnan hərəkət edirik. Bir qədər sonra rahat yol daşlı-kəsəkli torpaq yolla əvəzlənir.  Zərnava kəndinə gedən piyada yolu İsmayıllıda məşhur olan asma körpüdən keçir. İlin bütün fəsillərində yerli və xarici turistlərin diqqətini cəlb edən,iki dağın arasında, Girdiman çayının üzərində, uzunluğu 74 metr olan bu körpüyə turistlər adrenalin körpüsü, Zərnava sakinləri isə həyat körpüsü kimi baxırlar. Asma körpünün əsas mahiyyəti yuxarı Zərnava kənd sakinlərinin çay üzərindən keçməklə avtomobil yoluna çıxışını təmin etməkdir. Girdiman çayından maşınlar keçə bilməyəndə asma körpüyə üz tutan piyadalar təxminən 6-7 kilometr yol qət etməlidilər ki, mənzil başına çatsınlar. Kəndə gedən yol o qədər enişli-yoxuşludur ki, buranı ancaq "Niva" və "UAZ" markalı avtomobillə getmək mümkündü.  Bu avtomobillər də günün hər saatında kənddən çıxmırlar. Çıxırlarsa da bu, sürücülərə baha başa gəlir. Sinxron-titr sürücü Zamiq Ağayev Bu girdiman çayı gediş gəlişdə maşınları sıradan çıxardır.Maşın suya girdi sonra çıxırıq trasa sürə bilmirik maşını.O qədər su gedir tərkibinə. Sakinlərin bələdçiliyi ilə nağıllarda olduğu kimi dərədən,təpədən keçərək dağlar qoynunda yerləşən kəndə çatırıq. Əhalisi əsasən tatlardan ibarət olan, füsunkar təbiətə məxsus bu kəndin turizm potensialı əlverişli olsa da qonaqları çox az olur. Ara-sıra bura kəndin keçilməz yollarını adlaya bilən turistlər gəlirlər. Sakinlər yoldan başqa kəndin digər problemlərinə də diqqət çəkir. Kəndin tarixində təbii qazı, telefon xəttləri olmayıb. Burada internet bir yana, mobil telefonun dalğası belə zorla tutur. Kənd ərazisində bir tək klub olub ki, o da tarixə qovuşub. Klub binası hər an aşmaq təhlükəsilə üz-üzədir. Evlərin isidilməsi üçün isə sakinlər quru oduncağa möhtacdılar. Bu səbəbdən bütün həyətlərdə balta ilə odun doğrayan kənd sakini görmək mümkündür. İsmayıllı rayon icra hakimiyyətinin yerli nümayəndəsi kəndin bir sıra problemlərinin müvafiq qurumlar qarşısında qaldırdıqlarını desə də konkret işlərə nə vaxt başlanılacağının sual altında olduğunu bildirdi. 100 dən çox evi 1000-ə yaxın əhalisi olan Zərnava kənd sakinləri problemlərin tezliklə həll olunacağı ümidi ilə yaşayır.

Qırx dörd günlük Vətən müharibəsində qanından, canından keçərək şəhidlik zirvəsinə ucalan Qax rayonunun igid oğullarından biri də Turaclı kəndindən olan Ramil Abbasovdur. Şəhidin doğum günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin təhsil aldığı məktəbin kollektivi, ailə üzvləri və kənd sakinləri onun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra Turaclı kəndində şəhid Ramil Abbasovun xatirəsinə inşa edilmiş abidənin açılışı olub. Tədbirdə çıxış edənlər  44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, şəhid Ramil Abbasovun şərəfli döyüş yolundan danışıb, şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.  Azərbaycan Ordusunun çavuşu olan Ramil Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 3 övladı bizlərə əmənat qalan şəhidin, üzünü görmədiyi 3 cü övladı şəhidin adını daşıyır.

Cümə axşamı, 31 Mart 2022 20:13

Erməni vandalizminin 31 mart səhifəsi

1918-ci ilin əvvəllərindən başlayaraq S.Şaumyanın tapşırığı ilə Şamaxıda böyük mülk, var-dövlət sahibi olan Stepan Lalayev gizlincə Şamaxı şəhərində, eləcə də Mədrəsə, Kərkənc, Saqiyan, Zarxı, Meysəri kəndlərində yaşayan ermənilərə, həmçinin də malakanlar yaşayan kəndlərə silah, sursat paylatmış, onları başdan-ayağa silahlandıra bilmişdi. S.Şaumyanın məqsədi azərbaycanlılara qarşı soyqırımını bütün ölkə miqyasında həyata keçirmək idi. S.Lalayevin və eləcə də bir çox erməni mülkədarlarının mülkləri şəhərin yuxarı hissəsində yerləşirdi. Cinayətkar dəstənin başçılarından olan S.Lalayevin mülkündənsə şəhərin müsəlman məhəllələri ovuc içi kimi görünürdü. Elə buna görə mülkün zirzəmisi əvvəlcədən silah-sursatla doldurulub. Mülkdən atılan toplarla Cümə məscidinin həyətini vurmaq da çox asan olub. S.Lalayevin əmri ilə erməni əsgərləri şəhərin 12 məhəllə məscidinə, həmçinin VIII əsrə aid  Cümə Məscidinə sığınan şəhər sakinlərini diri-diri yandırıblar. Şamaxı sakinlərinin müqaviməti ilə üzləşən vandallar hiyləyə əl atırlar. Qriqoryan kilsəsinin keşişi Baqrat və rus icmasının din xadimləri yerli müsəlmanlarla görüşüb sülhə and içirlər. Şamaxının ən çox soyqırımına məruz qalan yaşayış məntəqələrindən biri də Əngəxaran kəndi olub. Belə ki, erməni silahlı birləşmələri martın 18-də sübh çağı şəhərlə yanaşı Əngəxarana da qəfil hücum ediblər. Kəndə soxulan erməni və molokanlar kəndi mühasirəyə alaraq oradakı əhalini qırıb, kəndi qarət edib, yandırıb, sağ qalan əhalini isə əsir alıblar. Məlumata görə, Əngəxaranda 510 nəfər qətlə yetirilib, onlardan 74 nəfərinin başı "Qanlı dərə" və ya "Əngəxaran dərəsi" adlanan yerdə  vaxtilə Şamaxıda qəssab işləmiş bir erməni tərəfindən kəsilib. Kənddəki 186 evdən 184-i yandırılıb, 7 aşığın külliyyatı məhv edilib. Şamaxıda iki dəfə törədilmiş azərbaycanlıların soyqırımı zamanı şəhərin 21.127 nəfər müsəlman əhalisindən təqribən 8-10 min nəfəri qətlə yetirilib. Yaşayış məhəllələri və məscidlərlə yanaşı, şəhərdə bütün ictimai binalar, bazarlar, yüzlərlə dükan, anbar, dəyirman və digər mülki obyektlər yandırılaraq tamamilə məhv edilib. Şamaxıda baş verən soyqırımı 1918-ci ilin iyul ayının ortalarında Türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam edib. Həmin dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi yandırılaraq dağıdılıb, ümumilikdə isə 110 kəndin sakinləri erməni quldur dəstələrinin hücumlarından zərər çəkib. 

663 -dən səhifə 692

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S