Super User
Oğuzda meşə yanır...
Oğuz rayonunda bələdiyyə fonduna aid olan meşəlik ərazidə yanğın başlayıb. Yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığında, bələdiyyələrə aid olan meşəlik-kolluq ərazilərdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.
Yapon investorlar Şəkini sərmayə yatırmaq üçün cəlbedici hesab edir
Yaponiyadan olan bir qrup investor Şəkiyə səfərə gəlib. Səfərin məqsədi Şəkinin sənaye, turizm, ümumilikdə iqtisadi potensialı ilə tanışlıqdır. Səfər çərçivəsində investorlar Yapon sərmayəsi ilə fəaliyyət göstərən tütünqurutma məntəqəsinə, Şəki Ipək Fabrikinə və digər istehsal müəssisələrinə baxış keçiriblər. Həmçinin Şəkinin Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğuna baş çəkən qonaqlar burada Karvansaray, Xan Sarayı, Şəkixanovların evi kimi tarixi abidələri gəziblər, Şəki sənətkarlarının əli işləri ilə tanış olublar. İnvestorlar Azərbaycan-Yaponiya dostluğunun 30 illiyinə təsadüf edən bu səfərdən məmnunluqlarını və Şəkidə biznes fürsətlərinin olduğu qənaətinə gəldiklərini söyləyiblər.
Kiber təhlükəsizlik sahəsində diqqət edilməli amillər | Zamanında 04.04.2022
Albalı sousunda can əti | Yeməli 23-cü veriliş
Uroloq-androloq Qardaşxan Məmmədov "Həkimcanlı"da 04.04.2022
Rahidə Baxışova ilə Buzovnada | Kim var, Kim yox?
Göyərti küküsünün hazırlanması | Kəndimiz 36-cı veriliş
Azərbaycanın ilk zərgər xanımı mənəm
Şəkər xəstələri necə qidalanmalıdır?
Fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası
Zaqatala rayonunun Suvagil kənd sakini 21 yaşlı Nuru Mülkümzadə fİziki məhdudiyyətlərinə baxmayaraq, sevgi, həyat dolu bir gəncdir.Ən böyük arzusu ali təhsil almaq olan Nurunun oymaçılıq sahəsindəki əl işləri görən hər kəsi heyran edir. 14 yaşından oymaçılığın şəbəkə,oyma,yandırma və qrabyura uslubundan istifadə edən gəncin bir müddət öncə Zaqatala Ailə və uşaqlara dəstək mərkəzində sərgisi də təşkil edilib. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, eləcə də aztəminatlı ailələrin övlaları üçün loqoped, psixoloji dəstək,ünsiyyət terapiyası,İnkişaf etdirici məşğələ,aktiv terapiya xidmətləri,kompüter,dil,əl işi və toxuculuq kursları fəaliyyət göstərir.Bununla belə,xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmənin cəmiyyətə inteqrasiyasında ailə amili önəmli rol oynayır. Mütəxəssislər daun sindromlu uşaqlara sevgi ilə yanaşmanın, onlara sevgi bəxş edərək həyatda tutmağın vacibliyinə diqqət çəkir. Bu uşaq və yeniyetmələrə sevgi və qayğı ilə yanaşmaq, onları cəmiyyətə qazandırmaq hər kəsin borcudur.