Super User
Dəymədərə sakinləri susuz yaşayır...
Su həyatdır, amma susuz yaşayanlar, daha doğrusu, yaşamalı olanlar da var. Məsələn, Oğuzun Dəymədərə kəndinin sakinləri illərdir su çiləsi çəkir. Sakinlər içdikləri su üçün kilometrlərlə məsafə qət etməli olur. Məsələ isə suyun olmamasında deyil, su var, amma kəndə suyu çəkən yoxdur. Təfərrüatlar sujetdə...
Oğuzun Dəymədərə kəndində 800 nəfərə yaxın sakin və 250-yə yaxın təsərrüfat sahəsi susuzluqdan əziyyət çəkir. Əsasən əkinçilik və maldarlıqla məşğul olan kənd sakinləri artıq 18 ilə yaxındır ki, su üzünə həsrət qalıb. Əsası 1980-ci illərdə qoyulan kəndin su sistemi istismar müddətini başa vurduğu üçün tamamilə yararsız hala düşüb. Zamanında kəndi içməli su ilə təmin edən su hövzəsi artıq qurbağa gölünə çevrilib. Kənd sakinləri məsələ ilə bağlı dəfələrlə aiddiyatı qurumlara müraciət etsə də məsələnin həlli istiqamətində heç bir tədbir görülməyib. Kənd İcra nümayəndəsi Qərib Yunusov müraciətimizə cavab olaraq bildirdi ki, kəndin bir neçə hissəsində yeni arteziyan quyusu qazılıb. Lakin bu quyulardan ancaq bir məhəllə istifadə edə bilir. Digər ərazilərdə isə su xətlərinin köhnə olması və ya ümumiyyətlə olmaması səbəbindən sudan istifadə mümkünsüzdür. Problemin həlli istiqamətində aiddiyatı qurumlar qarşısında məsələ qaldırılıb.
Bu gün Milli Teatr Günüdür...
Şəkidə Milli Teatr günü ilə bağlı açıq qapı günü keçirilib. Azərbaycan teatrının inkişafında xüsusi yerə sahib olan Şəki Dram Teatrı bu gün də öz adət-ənənəsinə sadiq şəkildə fəaliyyətini davam etdirir.
Şəki Dövlət Dram Teatrının da Аzərbаycаn tеаtrının təşəkkül tаpmаsındа və inkişаfında öz yеri vаr. 143 yaşını qeyd edən Şəki teatrı bu illər ərzində öz sözünü deməyi bacarıb. Teatr günü münasibəti ilə Şəki Dövlət Dram teatrında Açıq qapı günü keçirilib. Dəli Domrul tamaşası ilə teatrsevərlər milli teatr gününü qeyd edib. Şəki Dövlət Dram teatrı artıq gənc rejisorlar, aktyorlar da yetişdirir. Teatrın inkişafı istiqamətində çox saylı işlər görülür, yeni layihələr həyata keçirilir. Onu da qeyd edək ki, Şəki Dövlət Dram teatrının truppası ilin ikinci yarısından yenidən qastrol səfərlərində və Teatr festivallarında iştirak edəcək . İndi isə aktyor heyəti Novruz bayramı ilə bağlı tamaşaya hazırlaşır. Martın 19-da başlayacaq tamaşalar 9 gün boyunca kiçik teatr sevərləri sevindirəcək.
İbrahim Borçali: "Çətin günlər, dərd mənim dərdimdir | Kim var, Kim yox?
Hacı Dayının Nəvələri 19-cu Bölüm
Faydalı “qəlyanaltı” | Kəndimiz 19-cu veriliş
Şəki hava limanının fəaliyyəti bərpa ediləcək?
Turizm şəhərlərində hava limanının olması regionların bu sahədə inkişafına da müəyyən mənada təsirini göstərir. Bu baxımdan, artıq bir neçə il idi ki, Şəki Hava limanının bərpa edilərək işə salınması məsələsi gündəmdə idi. Hazırda ancaq vertolyotları qəbul etmək gücündə olan bu aeropertun yenidən fəaliyyətə başlayıb-başlamayacağı hökümətin hesabatında öz əksini tapıb.
Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd edilib ki, Şəki rayonuna yaxın yerləşən Qəbələ və Zaqatala rayonlarında beynəlxalq statusa malik hava limanları dövlət əsaslı vəsait xərclərindən ayrılmış vəsait hesabına inşa edilərək istismara verilib. İlkin araşdırmalara əsasən, sərnişin və yük təyyarələri üçün hava əlaqələrinin bərpa edilməsi məqsədilə Şəki Hava limanının uçuş-enmə zolağının ölçülərinin artırılması üçün tikinti quraşdırma işlərinin yerinə yetirilməsi tələb olunur. Lakin Şəki hava limanının yenidən qurulması və istismara verilməsi, bu regionda artıq dörd mülki hava limanı - Gəncə, Qəbələ, Zaqatala və Yevlax hava limanları fəaliyyət göstərdiyindən Hava Hərəkəti İdarəsi dispetçerlərinin iş yükünün artmasına səbəb ola və uçuşların təhlükəsizliyinin təmin edilməsində əlavə çətinliklər yarada bilər. Qeyd olunanlar nəzərə alınaraq bu hava limanının yenidən qurulması iqtisadi baxımdan məqsədəuyğun hesab edilməyib.
Ər-arvad yol qəzasında xəsarət aldı…
Oğuzda baş verən yol qəzasında ər-arvad xəsarət alıb. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 105-ci kilometrliyində, Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. 41 yaşlı Oğuz rayonu Padar kənd sakini Ceyhun Süleymanov idarə etdiyi VAZ 2115 markalı avtomobillə, 38 yaşlı Kərimli kənd sakini Samir Mustafayevin idarə etdiyi VAZ-2112 markalı avtomobil toqquşub. Qəza zamanı Ceyhun Süleymanov və həyat yoldaşı 35 yaşlı Zülfiyyə Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin müayinə edildikdən sonra Şəki RMX-a göndəriliblər. Faktla bağlı araşdırma aparılır.
Damar cərrahı Zaur Əliyev "Həkimcanlı"da
Ümumi cərrah Bəhruz Məmmədov "Həkimcanlı"da 08.03.2022
Şəkidə gül mağazaları və hədiyyə dükanlarında canlanma müşahidə edilib.
Bizdə bayram münasibətilə mağazalara baş çəkdik, gəlin görək, bəylər sevdiyi xanımlarına necə hədiyyələr almağa üstünlük verirlər, xüsusi tələbat nələrədir? Bəylər ailəsində, ətrafında olan xanımları sevindirmək üçün hədiyyə axtarırdılar. Ən çox tələbat isə həmişə olduğu kimi güllərə idi. Satıcılar güllərin qiymətinin sabit qaldığını, alıcı itirməmək üçün dəyişiklik etmədiklərini deyirlər. Alıcılar da qiymətlərin normal olduğunu bildirirlər. Buketlərin qiyməti isə daha çox güllərin növünə və sayına görə dəyişir. Bəli, görünən odur ki, mağazalarda hər cibə uyğun buketlər və hədiyyələr var. Ən əsası, hədiyyənin qiyməti yox, hədiyyələrin ən dəyərlisi olan diqqətdir.