Super User

Super User

İlaxır çərşənbələrdən 3-cüsü - Yel çərşənbəsidir. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Təmiz sudan keçib pak olanlar, arzusunu suya danışanlar, Tanrıdan əkininə bol su diləyənlər, sonra isə oddan atlanıb, “ağırrığını-uğurruğunu” oda tökənlər, səpdiklərinə can verən istini, Günəş işığının bolluğunu arzulayanlar ücüncü dəfə Yel babaya üz tutur, ən gözəl dualarla onu qarşılayırlar. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir. Yel çərşənbəsi günü də hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir. Qeyd edək ki, martın 15-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli isə Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq. Novruzun müjdəçi olan Yel çərşənbəniz mübarək!

Çərşənbə, 09 Mart 2022 08:11

Hacı Dayının Nəvələri 18-ci Bölüm

Çərşənbə, 09 Mart 2022 08:07

Hacı Dayının Nəvələri 17-ci Bölüm

Çərşənbə axşamı, 08 Mart 2022 16:53

Gobələk çığırması | Kəndimiz 17-ci veriliş

Çərşənbə axşamı, 08 Mart 2022 12:51

Şəkili sənətkarların əl işləri toz içində...

Çərşənbə axşamı, 08 Mart 2022 12:39

Beynəlxalq Qadınlar Günü qeyd olunub...

Şamaxı rayon Mədəniyyət Mərkəzində şəhid ailələrinin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatı , şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. Çıxış edənlər  tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan oğulların əziz xatirəsini yad edib, onların torpaqlarımızın bütövlüyü uğurundakı qəhrəmanlıqlarından danışıb, şəhid analarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Sonda şəhid ailələrinə gül dəstələri və hədiyyələr təqdim olunub.

Çərşənbə axşamı, 08 Mart 2022 12:27

Imtahanlarda qanun pozuntusu qeydə alınmayıb...

Dövlət İmtahan Mərkəzinin ötən gün şimal-qərb bölgəsində  tam orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib. İmtahanların keçirilməsi üçün Zaqatala rayonunda 4, Oğuzda isə 3 mərkəz ayrılıb. İmtahan başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib. Zaqatalada keçirilən və ümumilikdə, 986 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 94 nəzarətçi-müəllim cəlb edilib. Əməkdaşlarımız Zaqatala şəhər 3 saylı tam orta məktəbində təşkil edilən buraxılış imtahanlarının gedişatını izləyib.  

655 -dən səhifə 671

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S