Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə partiyanın Şamaxı rayon təşkilatında təhsil işçiləri ilə tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında videoçarx nümayiş olunub. YAP partiyasının 30 illik fəaliyyətindən ətraflı bəhs olunub. Vurğulanıb ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələrin icrası istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb. Sonda partiya sıralarına yeni qəbul olan şəxslərə üzvülük vəsiqələri təqdim olundu. Sinxron/Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı