Bura yerli və xarici turistlərin ən çox üz tutduqları Şamaxı Piriqulu yolunun Məlhəm kəndindən keçən ərazisidi. Rayon mərkəzindən bir qədər arılıda olan bu ərazinin füsünkar təbiəti,dahi şairlərimizin rəsmləri ilə vəhdət təşkil edib. Divarlarlara həkk olunan dahi Azərbaycan ədiblərinin,yazıçılarının,görkəmli mütəfəkkirlərin rəsmləri görənlərin marağına səbəb olub. Yerli sakinlərin sözlərinə görə Şamaxıda doğulub boya başa çatan,yaşayıb ayaradan dahi Azərbaycan şairlərinin rəsmlərinin Məlhəm kəndi ərazisində çəkilməsi təsadüfi deyil.Belə ki Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biri olmaqla yanaşı həm də elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Tarixdə Məlhəm Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olub. Şamaxı rayon icra hakimiyyətinin təşəbbüsü ilə peşəkar rəssamların ortaya çıxardığı bu gözəllik görənləri valleh edir. Bu həm də sözə, şairə, ədəbiyyata verilən dəyərin bariz nümunəsidir.