“Heydər Əliyev İli” ilə əlaqədar olaraq Şəkidə Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib. Əvvəlcə ümummilli liderin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla anılıb. Ardınca keçirilən tədbirdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərdən danışıblar. Bildirilib ki, Ulu öndərin rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Vurğulanıb ki, tədbirlərdə deviz kimi istifadə olunan Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, mən də varam!” kəlamı müasir Azərbaycanın timsalında öz təsdiqini tapır və müdrik dövlət xadiminin ideyalarının əbədiyaşar olduğunu təsdiqləyir. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.