Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Şamaxı şəhər 2 saylı tam orta məktəbdə \"İnklüzivliyə doğru növbəti addım\" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə adıçəkilən qurumların rəsmiləri eləcə də təhsil işçiləri iştirak ediblər. Çıxış edənlər ölkəmizdə inklüziv cəmiyyətin inkişaf etdirilməsinin dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunduğunu vurğulayıblar. Regionlarda inklüziv təhsillə bağlı universitet, yerli icma və məktəblər, təhsil müəssisələri arasında müzakirə və fikir mübadiləsinin aparılmasının vacibliyi xüsusilə qeyd edilib. Slavyan Universitetində inklüziv strategiyasının həyata keçirilməsində bir sıra addımlar atıldığı diqqətə çatdırılıb, İbtidai təhsil kafedrasında inklüziv təhsil qrupunun yaradıldığı bidirilib. Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.