Super User
Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb...
Hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Rayon sakini, 45 yaşlı Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar. Faktla bağlı araşdırma aparılır.
Həkimcanlı - Həkim-genetik Eldəniz Bayramov 03.01.2023
Şəkili idmançıların növbəti uğuru
Bakı şəhərində 24-25 dekabr tarixlərində keçirilən Azərbaycan Kapoeyra Federasiyasının yaranmasının 15 illiyinə həsr olunan Kapoeyra üzrə Respublika birinciliyi və çempionatından Şəkili idmançılar uğurla dönüb.
200-ə yaxın idmançının mübarizə apardığı yarışda idmançılar arasında şəhid övladları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, Azərbaycanda yaşayan və BMT-nın sığınacağında məskunlaşmış Qaçqınlar, Ukrayna müharibəsinin qaçqınları da iştirak ediblər.
Turnirdə iştirak edən məşqçi Murad Məmmədlinin rəhbərlik etdiyi Şəki komandası 2 qızıl, 1 bürünc medal alıb. Belə ki, 10-12 yaş qrupunda Özgür İsazadə 1-ci yerə, Uğur Hidayətli 3-cü yerə, 7-9 yaş qrupunda isə Ömər Əhmədov 1-ci yerə laiq görülüblər.
Həkimcanlı - Uzman ürək - damar cərrahı, fleboloq Özgür Kocamaz 02.01.2023
Çevrəmiz - Bayram kimlərlə və harda maraqlıdır? 02.01.2023
Nahara az qala - Hazır lavaşdan ləzzətli börək 02.01.2023
Zamanında - Müharibə iştirakçılarının hüquqları və onların ideoloji təbliğatda rolu 02.01.2023
Həkimcanlı - Daha da fərqli 30.12.2022
Həkimcanlı - Ortoped - travmatoloq İsa Şirinov 27.12.2022
"Kanal S" Yeni ildə öz tamaşaçılarını bu dəfə “Ay Arif, Yeni İl yuxusu” filmi ilə qarşılayacaq.
Film, kanal S-in təşəbbüsü ilə ərsəyə gəlib. “Ay Arif - Yeni İl yuxusu” fiminin çəkilişlərinə dekabrın 2-ci yarısından start verilib. Film Bakılı ailənin üzvlərinin Şəkili bir ailəyə elçi gəlməyindən və bu gəlişin də yeni il ərəfəsinə düşməyindən bəhs edir. Rollarda Kanal S-in əməkdaşları və bəzi aktyorlar iştirak ediblər. Odur ki, bütün tamaşaçıları 31 dekabrda saat 23:15-də yayımlanacaq “Ay Arif, Yeni İl yuxusu” filmini izləməyə çağırırıq. Sizi Yeni ili və Dünya Azərbaycanlılarının həmrəylik gününü Kanal S-lə qarşılamağa dəvət edirik. Bizimlə qalın, çünki biz sizdəyik...