Qaxın Cəlayir kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında sahiblərinin evdə olmadığını fürsət bilən naməlum şəxslər evə daxil olaraq oradan geyimlər və digər əşyaları oğurlayıblar. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri - Rəvan Əşrəlizadə və onunla əlbir olan yeniyetmə saxlanılıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri əməli etiraf ediblər. Davam etdirilən tədbirlərlə onların oğurladıqları əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.