Balakəndə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş açıq şahmat turniri keçirilib. Hənifə kəndində keçirilən açılış mərasimində rayon rəsmiləri, eləcə də idman ictimaiyyəti iştirak edib. Çıxışlar zamanı Ulu Öndərin şərəfli ömür yolundan, bütün sahələrlə yanaş, idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi qayğıdan danışılıb. Turnirdə ilk 3 yeri tutan şahmatçılar mükafatlandırılıb.