Super User
Keçmiş məhkum narkotikə görə yenidən tutuldu...
Zaqatalada keçmiş məhkumdan 1,5 kiloqrama yaxın narkotik vasitə götürülüb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş Aslan Əzizov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümdə marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə Aslan Əzizovun pay torpaq sahəsindəki yarımtikiliyə də baxış keçirilib və oradan 1 kiloqram 400 qramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyri-sabit hava arıçılığa təsir edib...
Qeyri-sabit hava şəraiti kənd təsərrüfatının bir çox sahələri kimi arıçılığa da mənfi təsir göstərib. Son bir ayın yağmurlu keçməsi birinci bal süzümünü gecikdirməklə yanaşı, məhsuldarlığıda xeyli aşağı salıb.Buda öz növbəsində qiymətlərə təsir edə bilər. İzləyək.
Dufu Tahir: Ay Əli efirdə deyə bilmirəm, sənin haqqında da deyirlər... | Bizim Vaxtımızda\" 25.06.2023
Müğənni Xəlil Qaraçöpün qonağıyıq Xəyalə ilə Sizdəyik 25.06.2023
Natiq Dağlaroğlu, Habil Laçınlı və Məhəmməd İsaq Xeyirli axşamlarda 27.06.2023
Mənzurə Musayeva & Mirələm Mürsəlli Xeyirli axşamlarda 26.06.2023
Bayramqabağı heyvan bazarlarında canlanma müşahidə edilir...
Bayramı ərəfəsində Şəkinin heyvan bazarında canlanma müşahidə olunur. Satıcılar bazarda canlanma olsa da, alıcılıq qabiliyyətinin zəifliyindən gileylənir. Alıcılar isə qiymətlərin baha olmasından şikayət edirlər. Belə ki, ötən illə müqayisədə qiymətdə 30-40 faiz artım var. Ən çox təlabat xırdabuynuzlu heyvanlara olub. Qeyd edək ki, Qurban bayramı günlərində, yəni 28-29 iyun tarixlərində Şəki şəhəri üzrə 1 kəsim məntəqəsində heyvan kəsiminin aparııması nəzərdə tutulur. Bununla bərabər Qurban bayramı günlərində Şəkinin heyvan bazarı da fəaliyyət göstərəcək. Kəsim məntəqəsi və Heyvan bazarı Qida təhlükəsizliyinin və Baytarlıq idarəsinin nümayəndələrinin nəzarəti altında olacaq.
Şəkidə avtoxuliqanlıq edən sürücü saxlanılıb…
Şəkidə avtoxuliqanlıq edən sürücü saxlanılıb. Şəki şəhər sakini Elmir Hacıyev ön dövlət nömrə nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə intizamsızlıq edərək yol-hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmin şəxsi yol polisi əməkdaşları saxlayıb və avtonəqliyyat vasitəsi müvəqqəti duracağa yerləşdirilib. Məhkəmənin qərarı ilə Elmir Hacıyevin sürücülük hüququnun bir il müddətinə məhdudlaşdırılmaqla barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. Qeyd edək ki, həmin şəxsin son 1 il ərzində ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını ümumilikdə 6 dəfə müxtəlif üsullarla pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib.
İbtidai təhsil pilləsi və şagirdin inkişafında məktəbə hazırlığın rolu | Zamanında 26.06.2023
Daşüz kəndinə dolunun fəsadları aradan qaldırılır...
Daha öncə, iyunun 17-də Şəkinin Daşüz kəndinə yağan dolu nəticəsində 150-dən artıq evin damına ciddi zərər dəydiyi ilə bağlı məlumat vermişdik. Şəki rayon icra hakimiyyətində təbii fəlakətin fəsadların aradan qaldırılması məqsədilə komissiya yaradılıb. Doludan zərər görənlərə yardımlar edilir.
Dolu nəticəsində evlərinə ziyan dəymiş sakinlər ötən gün həmin fəsadların dərhal aradan qaldırılması üçün magistral yolu bağlamağa cəhd göstəriblər. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin rəhbərliyi ərazidə sakinlərlə görüşüb, onlarla izahedici-profilaktiki söhbətlər aparıblar. Eyni zamanda Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən evlərinə daha ciddi ziyan dəymiş sakinlərə yağış sularından müvəqqəti olaraq qorunmaq üçün müvafiq material verilib. Bu gün isə dəymiş ziyanın aradan qaldırlması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən metal dam örtüklərinin paylanılmasına başlanılıb. Şəki Şəhər İcra Hakimiyyətinin rəsmisi 170 evin dam örtüyünün yararsız hala düşdüyünü və dəymiş ziyanın tam qarşılanacağını bildirib.
Qeyd edək ki, metal dam örtüklərinin paylanılması ən çox ziyan dəymiş evlərdən başlanılacaq. Mərhələli şəkildə qısa zamanda evlərin dam örtüyü tam dəyişdiriləcək...