Bazar ertəsi, 19 Fevral 2024 12:12

Avtovağzalda sərnişin qıtlığı...

Bölgənin ən geniş və müasir avtovağzallarından sayılan Zaqatala Beynəlxalq avtovağzalında bir müddətdir ki, sakitlik hökm sürür. Əvvəllər insan sıxlığı yaşanan bu məkanda indi tək-tük sərnişinlər və böyük ümidlə sərnişin gözləyən sürücülər gözə dəyir. Pandemiyadan sonra artıq neçə ildir ki, sərnişin azlığından Bakı şəhərinə və digər istiqamətdə hərəkət edən nəqliyyat vasitələri qrafikə uyğun işləyə bilmir. Gün ərzində iki,üç bəzənsə bütün reyslər birləşdirilərək Bakıya tək bir avtobus çıxa bilir. O da yarı boş şəkildə. Sərnişin azlığı səbəbindən avtobusların qrafikə uyğun hərəkətində də sürüşmələr yaşanır ki, bu da bilet alan sərnişinlərin haqlı narazılığına səbəb olur. Eyni problem Bakı istiqaməti ilə yanaşı, digər istiqamətlərə hərəkət edən nəqliyyat vasitələrində də hökm sürür. Sərnişin üzünə həsrət qalan sürücülər isə, qanunsuz sərnişindaşımanın qarşısının alınacağı günü səbirsizliklə gözləyirlər. Qeyri-qanuni sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrindən fərqli olaraq, qanuni sərnişin daşınmanı həyata keçirən müəsisədə yalnız təcrübəli sürücülər və standartlara uyğun nəqliyyat vasitələri var. Paytaxta və rayonlar istiqamətində hərəkət edən avtobuslara biletlərin onlayn şatışının həyata keçirilməsi Zaqatalalı sərnişinlərin də işini xeyli asanlaşdırıb. Artıq hansısa ucqar bir ərazidə yaşayan sakin heç bir çətinlik çəkmədən onlayn şəkildə biletini ala bilir. Ancaq bu belə sərnişinlərin sayının artmasına kömək etməyib. Qeyd edək ki, bölgənin ən geniş və müasir avtovağzallarından sayılan avtovağzalda sərnişinlərə beynəlxalq standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S