Super User

Super User

Bu gün axşam saatlarında Yevlax Zaqatala avtomobil yolunun Şəki şəhəri ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan “Reno” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.  Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 30 yaşlı Azər Murtuzov və Şəki rayonu Suçma kənd sakini 4 yaşlı Sədəf Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.  Taksi kimi fəaliyyət göstərən avtomobilin sürücüsü Nazim Unarov və daha iki sərnişin - qəza zamanı dünyasını dəyişən azyaşlı Sədəfin atası, 33 yaşlı Şəki sakini Dilqəm Seyidəliyev və 22 yaşlı Beyləqən sakini Əşrəf Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılıb və ilkin tibbi yardım göstərildikdən sonra Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Qax rayonunda qayalıq ərazidə turist yıxılıb, onun təxliyəsi həyata keçirilir. Hadisə Qaxın mərkəzindən 20, İlisu kəndindən isə 7 km məsafədə yerləşən \"İlisu Dağ Hamamı\" adlanan ərazidə baş verib. Yaralı olduğu ehtimal olunan turistin təxliyəsi üçün Qax Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, Qax Rayonu Mərkəzi Xəstəxanasının həkimləri əraziyə cəlb olunub.

Şənbə, 01 İyul 2023 19:51

Polislərin peşə bayramı qeyd edilib

Tədbirdə polis şöbəsinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və veteranlar iştirak ediblər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər ərazisində ucaldılan abidəsini, daha sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Qax şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub. Çıxış edənlər müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıblar. Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və digər mükafatlar, polis veteranlarına isə hədiyyələr təqdim olunub.

Azərbaycan kinomotqrafiyasının tarixinə nəzər salsaq Şəkidə çox sayda filmlərin və serialların çəkildiyini görə bilərik. Bura daim kinorejissorların diqqətini çəkib. Elə bu gün də Şəkidə növbəti serialın çəkilişlərinə start verilib. Böyük bir komandanın çalışdığı layihə tezliklə tamaşaçılara təqdim ediləcək. Bu gündən etibarən Şəkidə arb mediyanının təşkilatçılı ilə serial çəkilişlərinə başlanılıb. Gənc aktyorların və peşəkar kollektivin ərsəyə gətirəcəyi serial 36 bölümdən ibarət olacaq. Qeyd edək ki, serial oktaybr ayından həftədə 1 dəfə olmaqla,ARB –nin firində nümayiş etdirilməsi planlaşdırılır.

Şənbə, 01 İyul 2023 19:48

Zaqatalada avtomobil qadını vurdu

Bədbəxt hadisə rayonun Qandax kəndində baş verib. Gürcüstan vətəndaşı olub, hazırda sözügedən kənddə yaşayan Şamama Şabanovanı 71 yaşlı kənd sakini Fərman Cumaəliyev idarə etdiyi \"VAZ-2107\" markalı avtomobillə vurub. Ağır bədən xəsarətləri alan qadın Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Amma bütün müdaxilələrə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlanılıb.

“Heydər Əliyev İli”nə həsr olunan “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinə yekun vurulub. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan yarışın qalibləri mükafatlandırılıb. Qəbələ şəhərində təşkil olunan “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub. Əvvəlcə, FH naziri Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Konqres Mərkəzində “dəyirmi masa” keçirilib. İnteraktiv formatda keçirilən “dəyirmi masa”da nazir komanda kapitanlarının suallarını ətraflı cavablandırıb. Dövlət himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə, əvvəlcə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub. Sonra məktəblilərin ifasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən, həmçinin milli vətənpərvərlik və ölkələr arasında dosluğu tərənnüm edən bədii hissə nümayiş olunub, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib. Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, dövlətçilik fəlsəfəsindən ətraflı bəhs edib. Nazir artıq ənənə halını almış “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin əhəmiyyətinə toxunub, bu kimi yarışların yeniyetmə və gənclərdə müxtəlif eksterimal vəziyyətlərdə davranış vərdişlərinin formalaşması, onların fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində lazımi təcrübə və biliklərə yiyələnməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Eyni zamanda, bu tədbirlər müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmlənməsinə şərait yaradır. Qeyd edək ki, builki yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar da iştirak edib.Komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Qırğızıstan, üçüncü yeri isə Qazaxıstan komandası tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası, ikinci yerə Bakı şəhəri 31 nömrəli tam orta məktəbin komandası, üçüncü yerə isə Şəhid övladlarından ibarət “Gənc Mübarizlər” komandası layiq görülüb.

Şənbə, 01 İyul 2023 08:51

Kəndlərlə əlaqə kəsildi...

Bu gün günorta saatlarında yağan leysan yağışları şimal-qərb bölgəsində fəsadlara səbəb olub. Şamaxının Qəleybuğurd, Keçmədin və Qaladərəsi kəndləri ilə əlaqə kəsilib. Ərazidən keçən Ağsuçaya güclü selin gəlməsi ilə çox sayda sakin və turist qarşı tərəfdə qalıb. Xüsusilə də Qəleybuğurd kəndində yerləşən istirahət mərkəzlərində çox sayda turistin qaldığı bildirilir. Təbii fəlakətin yaratdığı fəsadların qarşısının alınması istiamətində aiddiyyatı qurumlar hərəkətə keçib. Qeyd edək ki, çayla kəndlər arasında heç bir körpü yoxdur və gediş-gəliş çayın içi ilə həyata keçirilir. Bu səbəbdən də hazırda kənddə qalan turistlər, eləcə də, şəhərdən qayıdan kənd sakinləri çarəsiz vəziyyətdədirlər.

Şəkidə, Kikboksing idman növü üzrə “Narkomaniyaya yox deyək” devizi altında yoldaşlıq görüşü keçirilib.
Görüşdə Bakıdan və Şəkidən olan idmançılar iştirak ediblər. Yarış 10 və 18 yaş arası olan idmançılar arasında baş tutub. 40 nəfərə yaxın idamançı qalibiyyət uğrunda mübarizə aparıblar. Sonda qalib olan iştirakçlara diplom, medal və fəxri fəramanlar təqdim olunub.

Bu ildən artıq müstəqillik dövründə ilk dəfə olaraq respublikamızda yerli üzüm sortları istehsal olunub. Beləliklə, üzüm tinginə olan təlabat yerli istehsal hesabına təmin ediləcək, xaricdən asılılıq aradan qalxacaq. Bayanşirə, Mədrəsə, Xindoqnı, Arna-qrna, Şirvanşahıdan ibarət fillokseraya davamlı, bioloji cəhətdən təmiz calaq tinglərin istehsalına başlanılıb. Calaq - tinglərin çıxım faizi qənaətbəxşdir və birillik zoğları normal inkişaf edib.Keyfiyyətli, davamlı, bioloji və genetik cəhətdən təmiz əkin materalı olmadan sahədən iqtisadi baxımdan gəlirli məhsul götürmək mümkün deyil. Odur ki, yerli şəraitə uyğun, qiymətli yerli sortlardan əkin materialının əldə olunması ilə bu hədəfə nail olunacaq. Çox təssüf ki,indiyədək respublikada iri sənaye üzüm bağlarının salınması məqsədilə tinglər xaricdən - İtaliya, Fransa, Almaniya, Türkiyə, Serbiya, Gürcüstan, Moldovadan gətirilərək əkilirdi. Xaricdən alınan hər bir calaq - tingin dəyərinin isə 4-5 AZN olduğunu nəzərə alsaq, milyonlarla manat valyuta xaricə axmış olur. Qeyd edək ki, xaricdən gətirilən tinglər baha başa gəlməklə yanaşı, virus xəstəliklərinin daşıyıcısı olaraq yerli sortların həmin xəstəliklərə yoluxma təhlükəsini də artırır. Yerli sortların qorunmasına və milli brendlərin istehsalına da mənfi təsir göstərir. Həmçinin, xarici tinglərin ölkəyə gətirilməsində və əldə olunmasında fermerlər bir sıra çətinliklərlə qarşılaşırlar. Bu isə fermerlərin iqtisadi vəziyyətləri ilə uzlaşmır. Şamaxı Üzüm Tingçilik Mərkəzində istehsal olunan tinglər bioloji, fitosanitar baxımdan təmiz və fillokseraya davamlıdır. Əsasən yerli və xarici olaraq süfrə, texniki, o cümlədən kişmişi üzüm sortlarından ibarətdir. Yerli istehsal hesabına tingin qiymətinin aşağı düşməsi, o cümlədən rəqabətədavamlı məhsul istehsalına imkan verən, yüksəkkeyfiyyətli, abiotik və biotik amillərə nisbətən davamlı, virus xəstəliklərindən azad üzüm tinglərindən istifadə fermerlərin gəlirlərini xeyli artıracaq. Qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarından ibarət fillokseraya davamlı calaq - ting istehsalının təşkili üzümçülüyün inkişafına böyük təkan verəcək, milli brendlərin istehsalı artırılaraq respublikanın şərabçılıq üzrə ixrac potensialı yüksələcək, milli valyutanın xaricə axımının qarşısı alınacaq, beləliklə də, bu sahədə yeni istehsal müəssələri formalaşacaq. Qeyd edək ki, üzüm istehsalçıları, fermerlər, emal müəssisələri yerli sortlarla bərabər, maraq dairələrinə uyğun olaraq xarici üzüm sortlarından da calaq - tinglər əldə etmək üçün Şamaxı Üzüm Tingçilik Mərkəzinə əvvəlcədən sifariş verə biləcəklər.

381 -dən səhifə 614

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S