Bazar ertəsi, 15 Aprel 2024 15:49

Qohumlar pomidor turşusundan zəhərləndi...

Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib. Yuxarı Tala kənd sakini 25 yaşlı Mollahacı Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə təxliyə edilib.

Ardınca isə onun qohumu 61 yaşlı Murad Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-ya müraciət edib. Onun da ötən gün birlikdə pomidor turşusundan zəhərləndiyi məlum olub. Murad Ramazanov da mərkəzə təxliyyə edilib.

Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S