Zaqatalada Zərifə Əliyevanın 101-ci ildönümü qeyd edilib. Heydər Əliyev muzeyində təşkil edilən dəyirmi masada rayonun fəal və ziyalı xanımları iştirak edib. Çıxış edənlər Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışaraq alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıblar.
Vurğulanıb ki, onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, bu sahədə qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifə açıb. Əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Sonda Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən film nümayiş edilib.
Cümə, 26 Aprel 2024 13:26