Super User

Super User

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Bazar ertəsi, 15 Yanvar 2024 12:54

Aşıq Mübarizlə Bizim vaxtımızda 14.01.2024

Bazar ertəsi, 15 Yanvar 2024 11:54

Səhər dəmi 15.01.2024

Şəkidə prezident seçkiləri ilə əlaqədar polisin seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan regional seminar-müşavirə keçirilib. Çıxış edənlər seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları mövzularına toxunublar. Seminar-müşavirədə ATƏT-in uzunmüddətli beynəlxalq müşahidəçiləri də iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Şənbə, 13 Yanvar 2024 15:17

Çıxış Yolu 11.01.2024

Mərzəndiyyə kənd sakinləri Elxan Əhmədov və yoldaşı Zenfira Əhmədova yaşadıqları evdə dəm qazından zəhərlənib. Nəticədə kişi ölüb, qadın isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Şəkidə də dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhərin Məzahir Abbasov küçəsində yerləşən evlərdən birində baş verib. 33 yaşlı Ələsgər Cəfərov, 65 yaşlı Fərahim Muradov, 44 yaşlı Zöhrab Hənifəyev və 33 yaşlı Lətif Mehdizadə dəm qazından zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Məlumata görə, onlar həmin evdə kirayə qalırmış.

Sumqayit Seher Poeziya Evində 1-ci Vətən Muharibəsi qəhrəman şəhidimiz Əlizamin Huseynovun cənnətdəki 55 yaşı qeyd olunub. Tədbirdə şəhid ailələri, qazilər, yazarlar, şəhər ictimaiəti, Almaniya Medina Dərnəyinin nümayəndələri iştirak edib. Çıxış edənlər Əlizamin Huseynovun döyüş yolundan, gələcək nəslə örnək olacaq qəhrəmanlıqlarından danışıblar. Tədbirin bədii hissəsində vətənpərlik ruhlu şeirlər səsləndirilib. Sonda tədbir iştirakçıları müqəddəs şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar.

326 -dən səhifə 614

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S