Super User
Şəhid Əlizamin Hüseynovun əziz xatirəsi yad edilib...
Sumqayit Seher Poeziya Evində 1-ci Vətən Muharibəsi qəhrəman şəhidimiz Əlizamin Huseynovun cənnətdəki 55 yaşı qeyd olunub. Tədbirdə şəhid ailələri, qazilər, yazarlar, şəhər ictimaiəti, Almaniya Medina Dərnəyinin nümayəndələri iştirak edib. Çıxış edənlər Əlizamin Huseynovun döyüş yolundan, gələcək nəslə örnək olacaq qəhrəmanlıqlarından danışıblar. Tədbirin bədii hissəsində vətənpərlik ruhlu şeirlər səsləndirilib. Sonda tədbir iştirakçıları müqəddəs şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar.
Minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var...
Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alanlar var. Hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Aşağı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon Bəhmətli kənd sakini, 1991-ci il təvəllüdlü Orxan Zahid oğlu Vəliyev irarə etdiyi “Lada Priora” markalı 90 XZ 447 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü Orxan Vəliyev və onun sərnişini rayonun Lahıc kənd sakini 1995-ci il təvəllüdlü Coşqun Rafael oğlu Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Xeyirli axşamlar 09.01.2024
Eşitməyən qalmasın 12.01.2024
Şəbnəm Tovuzlu: Bayağı müğənni olmadığımı zamanla göstərdim hamıya! | Xəbərin var? 12.01.2024
Oğuzda məcburi köçkünlərin yaşadığı ev yanıb...
Hadisə bu gün Oğuz şəhəri 20 Yanvar küçəsində, ümumi sahəsi 380 kv/m olan kürsülü birmərtəbəli binada qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Evin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Xəsarət olan olmayıb. Binada 15 nəfərdən ibarət üç keçmiş məcburi köçkün ailəsinin yaşadığı bildirilir. Bura vaxtilə şagirdlərin yay istirahət düşərgəsinin inzibati binası olub. Faktla bağlı araşdırma aparılır.
Xəyalə ilə Sizdəyik Günel Nihatın qonağıdır 14.01.2024
Fərhad Xəlif: O mahnıya bir evin pulu getdi... | Xəbərin var? 11.01.2024
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.